Gənc azərbaycanlı meyxanaçı dünyasını dəyişib.
İsmət adlı meyxanaçının ölümünə səbəb qanaxma olub. Dişini çəkdirdikdən sonra qanaxmanın qarşısını almaq mümkün olmayıb və gənc faciəvi şəkildə vəfat edib.
Mərhumun atası “Adam içində” verilişində oğlunun ölümünün əsl səbəbini açıqlayıb:
“Balam qan xəstəliyi olan hemofoliyadan əziyyət çəkirdi. Məhz bu səbəbdən qanaxmanın qarşısını almaq mümkün olmadı. Yeganə övladımı itirmişəm, çox ağırdır. Sizin oğlumu yad etməniz bizə təsəlli verdi. Çox sağ olun”.
İsmət eyni zamanda Hepatit virusu daşıyıcısı da olub.