Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ən yaxşı müəllim olmaq istəyənlər kimlərdir?

Ən yaxşı müəllim olmaq istəyənlər kimlərdir?
Bu il "Ən yaxşı müəllim" müsabiqəsində iştirak üçün sənəd verən müəllimlərin sayına görə ibtidai sinif müəllimləri üstünlük təşkil edir.




 ann.az Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, bunu təhsil naziri Misir Mərdanov "Ən yaxşı müəllim" müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ qazanmış müəllimlərin bir qrupu və sınaq dərslərinin təşkil edildiyi məktəblərin direktorları ilə görüşündə deyib.

O bildirib ki, say çoxluğuna görə iştirakçı müəllimlərin 44-ü ibtidai sinif, 32-si ingilis dili, 25-i tarix, 23-ü Azərbaycan dili və ədəbiyyat müəllimidir.



Mərdanov deyib ki, bu müsabiqə Azərbaycan Prezidenti İlham Əliyevin \"Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında\" 2007-ci il 4 sentyabr tarixli sərəncamına əsasən artıq altıncı dəfə keçirilir. Maddi stimullaşdırma ilə müşayiət olunan bu müsabiqənin əsas məqsədi ən yaxşı müəllimlərin üzə çıxarılmasıdır.



 Təhsil nazirinin sözlərinə görə, "Ən yaxşı müəllim" müsabiqəsinə 2013-cü ildə 481 nəfər sənəd təqdim edib. Onlardan 477-nin sənədi ekspertizadan keçib. Müsabiqədə iştirak üçün sənəd verən 477 nəfərdən 27-si 2007-2008-ci tədris ilində \"Ən yaxşı müəllim\" müsabiqəsinin qalibi olmuş müəllimlərdir. Ekspertizanın nəticələrinə görə, sənədləri qəbul olunmuş 477 müəllimdən müvafiq bal toplamış 207 nəfər (Təşkilat Komitəsinə müraciət etmiş 6 nəfər sonradan növbəti mərhələyə buraxılıb) II mərhələyə buraxılıb.



II mərhələ başa çatdıqdan sonra hər bir müəllim müəyyən olunmuş vaxtda Təşkilat Komitəsinin iclasında 10 dəqiqəlik təqdimatla çıxış edəcək. Hər hər bir mərhələnin nəticələrinə əsasən, müsabiqə iştirakçılarının yekun balı müəyyən olunacaq.


Teqlər:
Bu xəbər cəmi 1695 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR