Daxili işlər naziri Ramil Usubov iki polis rəisinin oğlu haqda əmr verib.
Məlumata görə, artıq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Möhübbət Hüseynovun oğlu da polis orqanlarında xidmətə başlayıb.
Mia.az "Report"a istinadən xəbər verir ki, Polis Akademiyasının (PA) müdavimi olan Toğrul Hüseynova polis leytenantı rütbəsi verilib. O, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində təhqiqatçı vəzifəsində fəaliyyətə başlayıb.
Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılovun oğlu da daxili işlər orqanlarında işə başlayıb. Bu il PA-nı bitirən polis rəisinin oğlu hazırda Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində əməliyyat müvəkkili işləyir.