Polşa səfirliyinin mətbuat xidmətindən daxil olan xəbərə görə, Azərbaycan dili kitabı Polşanın Mərkəzi və Universitet kitabxanalarına göndərilib. PR Varşava Universitetində isə qeyd olunan kitab artıq Azərbaycan dilinin tədrisində istifadə olunur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Polşadakı Səfiri Həsən Həsənovun təşəbbüsü ilə Azərbaycan-Polşa diplomatik əlaqələrinin yaranmasının 540 illiyi və bərpasının 20 illiyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində 2012-2014-cü illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Mədəniyyəti, İncəsənəti, Musiqisi, Ədəbiyyatı, Memarlığı, Tarixi, Eposları, Mətbəxinə və Azərbaycan-Polşa seriyaları altında 50 adda müxtəlif kitabların nəşrləri həyata keçirilməkdədir.