“EL”in ofisində keçiriləcək təqdimat mərasimində ölkə ictimaiyyətinin geniş tərkibdə iştirakı gözlənilir. Zəfər Quliyevin sözlərinə görə, mərasimə ölkədə fəaliyyət göstərən siyasi partiyaların, ictimai hərəkatların nümayəndələri, o sıradan Ziyalılar Forumunun üzvləri, ictimai xadimlər, insan haqları müdafiəçiləri, QHT sektorunun təmsilçiləri ilə yanaşı Azərbaycandakı diplomatik korpusun təmsilçiləri də dəvət olunub. Xəbərdə o da bildirilir ki, təqdimat mərasimində “EL” hərəkatının rəhbəri politoloq Eldar Namazov qurumun yaxın gələcək üçün məram və məqsədləri haqqında iştirakçılara geniş bilgi verəcək.