Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mətbuat Şurası 7 saytla bağlı qərar verdi

Mətbuat Şurası 7 saytla bağlı qərar verdi
Dekabrın 4-də Azərbaycan Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının iclası keçirilib. Şura sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun rəhbərlik etdiyi komissiya 7 kütləvi informasiya vasitəsi ilə bağlı müraciətləri araşdırıb.


Şuradan “Qafqazinfo”ya verilən məlumata görə, əvvəlcə Kürdəmir Rayon İcra Hakimiyyətinin “brifinq.com” saytından şikayətinə baxılıb. Komissiya belə bir rəyə gəlib ki, sayt bu il oktyabrın 13-də “Kürdəmirdə dövlət bayrağı yandırılıb” sərlövhəli xəbərdə dəqiqləşdirmələr aparmadığından peşə etikasının həqiqətə xidmət prinsipinin tələblərini pozub. Digər KİV-lər də informasiyanı eyni tərzdə olduğu kimi yayımlamaqla həmin pozuntunu təkrarlayıblar. Komissiya üzvləri bunu və digər amilləri nəzərə alaraq sayta MŞ-nin xəbərdarlığının olunması razılığına gəliblər.



İclasda Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Sumqayıt şəhər təşkilatının sədri Mübariz Quliyevin 2 KİV barədə müraciəti müzakirə olunub. “Tərəf qəzeti” informasiya agentliyinin (teref.info) baş redaktoru Nurəddin Xoca komissiya üzvlərinin şikayət doğuran yazılarda Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının bir sıra prinsip və bəndlərinin tələblərinin pozulduğu barədə iradlarını qəbul edib. O, qarşı tərəfin təkzib tələbini yerinə yetirməyə hazır olduğunu söyləyib.



M.Quliyevin “mediaxeberleri.az” saytından şikayətinə cavabdeh tərəfin iştirakı olmadan baxılıb. Komissiya bu KİV-in də etik prinsiplərin tələblərini gözləmədiyini müəyyənləşdirib. Nəzərə alınıb ki, saytın peşə etikasına etinasızlığı yalnız həmin materiallarla məhdudlaşmır. Gəncə Dövlət Universitetinin “mediaxeberleri.az” haqqında şikayətində 5 konkret materialın adı çəkilir. Buna görə də sayta MŞ-nin xəbərdarlığı elan edilməklə rəhbərliyinə KİV-in fəaliyyətində dönüş yaratmaq tövsiyə olunmalıdır. Rəy yekdilliklə qəbul edilib.



Gəncə Dövlət Universitetinin (GDU) “Yeni xəbər” qəzetindən şikayətinin müzakirəsində bildirilib ki, sözügedən mətbu orqan material təqdim edərkən qarşı tərəfin fikrini öyrənməməklə, araşdırma aparmamaqla peşə davranışı qaydalarına pozub. Nəşrə gələcəkdə etik prinsiplərə hörmətlə yanaşmaq, növbəti sayında tənqid obyektinin mövqeyini işıqlandırmaq tövsiyə olunub.



İclasda GDU-nun “xeberinfo.com” və “xeber-xetti.com” saytlarında gedən materiallarla bağlı şikayətinə də diqqət yetirilib. Komissiya üzvləri hər iki saytın peşə davranışı qaydalarının tələblərinə məsuliyyətlə yanaşmasının vacibliyini diqqətə çatdırıblar. Universitetin “demokratiya.biz” saytından narazılığındakı bir sıra məqamlara aydınlıq gətirilməsi üçün məsələnin Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında baxılması məqsədəuyğun sayılıb.



MŞ-nin şikayətlər üzrə komissiyası, həmçinin Gəncə Dövlət Universitetinə mətbuatla əlaqə formalarını təkmilləşdirməyi tövsiyə edib.


Teqlər:
Bu xəbər cəmi 1730 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR