Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Direktorun müəllimləri “kreditə oturtduğu” məktəbdə növbəti qalmaqal

Direktorun müəllimləri “kreditə oturtduğu” məktəbdə növbəti qalmaqal
Bakıda orta məktəb müəllimlərinin adına kredit götürən direktorun işlədiyi məktəbdə daha bir qalmaqal yaşanıb. Söhbət Xətai rayonu ərazisindəki 171 saylı tam orta məktəbdən gedir.


Belə ki, həmin məktəbin müəlliməsinin 7-ci sinif şagirdini döydüyü deyilir. Bu barədə ANS-ə uşağın valideynləri məlumat verib.



Məlumata görə, məktəbin 60 yaşlı coğrafiya müəlliməsi Mədinə Tağıyeva dərsdə şagirdi Yunis Paşazadəni vurub. Şikayətdə müəllimənin şagirdi taxta ilə başından vurduğu deyilir. Müəllimənin daha sonra şagirdi təhqir etdiyi vurğulanır. Həmçinin şikayətdə bildirilir ki, Mədinə Tağıyeva şagirdlərinə qarşı həmişə aqressiv olub.



Məsələni araşdırmaq üçün sayt məktəbə yeni təyin olunmuş direktor Rövşən Qasımovla əlaqə saxlayıb. Direktor bildirib ki, hadisə ötən ayın 28-də baş verib. Lakin o, həmin vaxt məktəbdə işləməyib. Yəni hadisə keçmiş direktor İradə Murğuzovanın işlədiyi dövrdə olub.



“Mən məktəbə dekabrın 1-dən direktor təyin olunmuşam. Lakin hadisə barədə xəbərdaram. Ötən gün Xətai Rayon Polis İdarəsi 35-ci polis bölməsindən gəlmişdilər. Mənim də iştirakım olmaqla müəllimə ilə danışdılar. Müəllimə etiraf etdi ki, şagirdlə aralarında problem olub. Lakin deyilən kimi müəllimə şagirdi taxta parçası il başından vurmayıb” – deyə Rövşən Qasımov bildirib.



Direktorun sözlərinə görə, şagird özünü yaxşı aparmadığı üçün sadəcə onu tənbeh edib. Daha sonra əlindəki plastmas çubuqla onun qolundan vurub.



“Bir direktor kimi deyə bilərəm ki, adi bir hadisəni bu qədər şişirdib, müəlliməni belə incitmək olmaz. Mənə də şikayət edə bilərdilər. Lazım olsa, müəlliməyə töhmət də verə bilərəm. Amma səmimi olaraq deyim ki, həmin hadisədə müəllimənin heç bir günahı yoxdur” – deyə direktor əlavə edib.



Mədinə Tağıyeva özü isə bildirib ki, hadisə sinifdə baş verib. Lakin o, iddia olunduğu kimi şagirdini möhkəm vurmayıb.



“Məndən dərsdən çıxmağa icazə aldı. Dedi ki, sinif rəhbərimdən telefonu almalıyam. İcazə verməsəm də otaqdan çıxdı. Daha sonra sinif rəhbəri otağa gəldi və məlum oldu ki, əslində Yunis onun yanına getməyib. Daha sonra o, sinfə gələndə məni niyə aldatdığını soruşdum. Sonra əlimdə xəritəni göstərmək üçün istifadə etdiyim nazik plasmas çubuqla onun qolundan vurdum” – deyə Mədinə Tağıyeva bildirib.



Müəllimə deyib ki, bu, Yunisin valideynlərinin ona qurduğu tələdir. Səbəb isə məktəbin köhnə direktoru İradə Murğuzovanın tapşırığıdır. Müəllimə bildirib ki, həmin valideynlə köhnə direktorun yaxınlığı var. Bu səbəbdən də bu, düşünülmüş addımdır.



“İradə Murğuzova müəllimələri məcbur edirdi ki, onun üçün kredit götürsünlər. Mən razı olmadım. Mənə daim tələ qururdu. İndi bu məsələ də onun işidir” - deyə Mədinə Tağıyeva bildirib.



Xatırladaq ki, bir müddət əvvəl 171 saylı məktəbdə insident baş vermişdi. Məktəbin direktoru İradə Murğuzova tabeliyində çalışan müəllimləri məcbur etmişdi ki, onun üçün kreditlər götürsünlər. Daha sonra o, müəllimlərin kreditini ödəməkdəm imtina etmişdi.


Teqlər:
Bu xəbər cəmi 1355 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR