Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Heydər Əliyevin adına şəhər olacaq“ - Siyavuş Novruzov

“Heydər Əliyevin adına şəhər olacaq“ - Siyavuş Novruzov


"Gələcəkdə ölkəmizdə iki iri şəhər kompleksi layihəsi nəzərdə tutulub. Onlardan biri Ələtdə, digəri isə indiki Şabran rayonu ilə Siyəzən rayonu arasında olacaq. Bu layihələr reallaşdırılsa, onlara Ulu öndər Heydər Əliyevin adı veriləcək". 



AzNews.az xəbər verir ki, bunu Aktual.az-a YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.



Onun sözlərinə görə, bu gün ən iri layihələrin Ulu öndərin adı ilə bağlı olması təsadüfü deyil: "Avropa İttifaqının ən iri layihəsi olan Bakı-Tiblisi-Ceyhan boru kəmərinə də ulu öndərin adı verilib. Bununla yanaşı, dəfələrlə belə bir fikir səslənib ki, böyük bir şəhər yaradılsın və ona Heydər Əliyevin adı verilsin. Naxçıvan Muxtar Respublikasında bir sərhəd bölgələrindən gələn qaçınların üçün tikilmiş qəsəbəyə Heydər Əliyevin adı (Heydərabad) verilib. Gələcəkdə də Azərbaycanın hansısa bir iri yaşayış mərkəzinə, yeni salınacaq şəhərə mütləq Ulu öndərin adı verilməlidir. O cümlədən, Azərbaycanın ən uğurlu, aparıcı kompleksləri Heydər Əliyevin adını daşımalıdır". 


Teqlər:
Bu xəbər cəmi 1220 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR