Corolla-nın populyarlığının, onun satışlarının artmasının səbəbi nədir? Mütəxəssislərin dediyinə görə, əsas rəqiblərlə müqayisədə Toyota Corolla daha güclü və yanacaq sərfiyyatı baxımından daha qənaətcildir. 2013-cü ildə NG modelinin satışa buraxılmasından sonra Corolla öz seqmentində haqlı olaraq liderlərdən biri olmuşdur.
“Şübhəsiz ki, bu avtomobil bütün dünyada satıcıların bir çox tələbatlarına uyğundur. O, parlaq və müasir dizaynı, tutumluğu, komfortu, praktikliyi və rahatlığı, təkmilləşdirilimiş dinamikası, genişləndirilmiş təhlükəsizlik funksiyaları və, əlbəttə ki, yanacaq qənaətliliyi ilə seçilir. Brendimizin ənənələrinə sadiq qalaraq, biz əfsanəvi keyfiyyətin təmin olunmasının, uzunömürlülüyün və etibarlılığın qeydinə qalırıq. Eyni zamanda, Corolla-nın müasir dizaynı və texniki cəhətdən daha da təkmilləşməsi bütün dünya bazarlarında avtomobilin qiymət və keyfiyyət nisbətinə heç bir təsir göstərməyib”, — istehsalçılar bildirir.
İstehsalçılar avtomobilin salonuna xüsusi diqqət yetirdilər — oturacaqlar olduqca yumşaq və genişdir. Corolla-nın arxa oturacaqlarında üç sərnişin rahatlıqla yerləşə bilər ki, bu da onu ən rahat və yığcam beşyerli modellər arasında belə fərqləndirir.
Avtomobilin demək olar ki, yarıməsrlik tarixi ərzində 40 milyondan çox Corolla satılmışdır. Bu müddət ərzində Toyota Corolla 11 nəsil avtomobil istehsal etmişdir. Bugünkü günə, Corolla ən böyük faydalı iş əmsalına malikdir — bu günə qədər satılmış Toyota Corolla avtomobillərinin
65 %-i hələ də işlək vəziyyətdədir. Bu isə güclü QDR (keyfiyyət, davamlılıq və etibarlılıq) göstəricisi sayəsində mümkün olmuşdur. Markanın nüfuzu, parlaq eksteryer dizaynı, komfortu və əla texniki xüsusiyyətləri Corolla-nın dünyaca populyarlığını təmin etməkdədir. Yuxarıda sadalanan bütün keyfiyyətlər bizim ölkə üçün də vacibdir — məhz buna görə də Corolla Azərbaycanda çox yüksək qiymətləndirilir və yaxşı satılır.
Parlaq dizayn və yaxşılaşdırılmış texniki xüsusiyyətləri ilə seçilən yapon brendinin 11-ci nəsil avtomobilini əldə edən avtomobil həvəskarları sərfəli yatırım etmiş olurlar, çünki avtomobil bazarında Corolla-ya tələbat hər zaman çox yüksəkdir. Qiymətə gəldikdə, avtomat sürət qutusu (mühərrikin həcmi — 1,6 l) olan Corolla-nın qiyməti çox münasibdir və cəmi 17 800 AZN-dən başlayır.
Toyota Corolla uzun illərdir ki, dünyanın 150 ölkəsində uğurla satılır, buna görə də rekordlara və nailiyyətlərə imza atan və atmaqda davam edən Corolla “əfsanəvi sedan” adını qazanmışdır.