Paytaxt Boqotadan Baya-Solano şəhərinə uçan təyyarə ölkənin mərkəzində yerləşən Tolima departamentində yerə düşüb.
Tolima departamentinin Xilasetmə xidməti qəza nəticəsində 10 nəfər, yəni təyyarənin göyərtəsində olanların hamısınin həlak olduğunu bildirib. Qəzanın səbəbləri hələ ki, məlum deyil.
Yerli hüquq-mühafizə orqanı nümayəndələri sərnişinlərin şəxsiyyətlərinin müəyyən edilməsində problem yarana biləcəyini bildiriblər. Buna səbəb kimi cəsədlərin yanaraq tanınmaz hala düşməsi göstərilir.