Qonağı salamlayan nazir iki ölkə arasında əlaqələrin zəngin tarixə və dərin köklərə malik olduğunu, dövlət başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə olunduğunu bildirib.
Daha sonra R.Usubov səfirə DİN-in funksiyaları və fəaliyyət istiqamətləri, ölkəmizdə mövcud kriminogen durum barədə qısa məlumat verib, həyata keçirilən islahatlar, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının önə çəkildiyi yeni qanunların qəbulundan danışıb. Transmilli mütəşəkkil cinayətkarlığın ayrı-ayrı təzahürlərinə, o cümlədən beynəlxalq terrorçuluğa, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə səylərin birləşdirilməsinin vacibliyi, bu növ cinayətlərlə mübarizədə Pakistan dövlətinin zəngin təcrübəyə malik olduğu, təcrübə mübadiləsinin əhəmiyyəti diqqətə çatdırılıb.