Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qastroentologiya, kardiologiya, nevrologiya və doğum şöbələrinin yerləşdiyi korpusda əhalinin sağlamlığının qorunması və yüksək tibbi xidmətin təşkili üçün hər cür şərait yaradılıb. Şöbələr ən müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunub.
Eyni zamanda, bu gün Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun təmirdən çıxmış korpusu da qapılarını əhalinin üzünə açıb. Korpusda cərrahiyyə bloku, 50 çarpayılıq reanimasiya zalı, kuvez-inkubatorlar yenidən qurulub. Şöbələrin hər birində qurulan biomonitorlar, süni tənəffüs aparatları, eləcə də ekspress diaqnostika laboratoriyaları dünyanın ən qabaqcıl yeni nəsil avadanlıqlarındandır. Xəstəxanada yeni doğulan körpələrin reanimasiyası və intensiv müalicəsi üçün bütün zəruri şərait yaradılıb. Görülən işlər ölkə başçısının insanların sağlamlığına göstərdiyi böyük diqqət və qayğının daha bir nümunəsidir.