İdarədən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu gün səhər saatlarında 20 saylı məktəbdə yaranan problemlə əlaqədar olaraq şagirdlər binadan evakuasiya edilib, təhlükəsizlik tədbirləri görülüb:
“Bildiririk ki, Fövqəladə Hallar Nazirliyinin və müvafiq dövlət qurumlarının apardığı araşdırma nəticəsində məktəbdə zərərli maddə və qazlar aşkar edilməyib, oksigen norma daxilində olub.
Qeyd edək ki, məktəb binası daxilində ümumiyyətlə qaz xətləri mövcud deyil.
Sabahdan etibarən tədris prosesi bərpa olunacaq”.