Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Ötən il Azərbaycanda 15-16 yaşlı 300 qadın ana olub”- SOSİUM

“Ötən il Azərbaycanda 15-16 yaşlı 300 qadın ana olub”- SOSİUM


Azərbaycanda baş verən ana ölümlərinin əsas səbəblərindən biri qeysəriyyə ilə doğuşlara daha çox üstünlük verilməsidir”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov deyib.







O, Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin bir çox ölkələrdən üstün olduğunu bildirib: “Azərbaycanda və digər inkişaf etməkdə olan ölkələrdə ana ölümlərinin səbəbləri müxtəlifdir. Azərbaycanla müqayisə etsək, bizdə olan sosial, iqtisadi, siyasi vəziyyət, səhiyyə xidmətlərinin əlçatanlığı əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti və çeşidi ana ölümü faizinin yüksək olduğu bir çox ölkələrlə - Afrika, Asiyanın bəzi dövlətləri, eləcə də Hindistan və Çinlə müqayisədə çox yüksəkdir”.







Ekspert ana ölümlərinə həm həkim müdaxiləsi zamanı yol verilən pozuntuların, həm də xəstələrin öz sağlamlığına biganə yanaşmasının səbəb olduğunu deyib: “Ana ölümlərinin səbəbləri bütün ölkələrdə təxminən eynidir. Yəni müayinənin tam aparılmaması, xəstələrə həm hamiləlikdə, həm doğuşdan, həm də qeysəriyyədən əvvəl və sonrakı dövrdə nəzarət zamanı yol verilən pozuntulardır. Digər səbəblər isə xəstələrin özləri ilə bağlı olur. Yəni normal qidalanmama nəticəsində bədənin zəifliyi, ağır dərəcəli anemiya, bəzi genetik xəstəliklər, infeksion xəstəliklər, şəkərli diabet ən çox ana ölümlərinə səbəb olan faktorlardandır. Kənd yerlərində səhiyyə xidmətlərinin əlçatanlığının aşağı olması, məsələn bir kənddən qadını doğuş üçün rayon mərkəzinə aparmaq çətindir. Bu zaman, qanaxma, infeksion xəstəlik və s. səbəbdən ana ölümü baş verə bilər. Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması üçün son illər xeyli işlər görülüb. Üçüncü səbəb isə hamiləlik dövründə müxtəlif profilaktik tədbirlərin aparılmamasıdır. Çünki problemlərin ən azı hamiləlik dövründə aşkarlamaq doğuş zamanı problemin qarşısını almağa kömək edər”.







Nabil Seyidov son illər qeysəriyyə ilə həyata keçirilən doğuşların artmasının da ana ölümü faizinə təsir etdiyini təəssüflə vurğulayıb: “Ana ölümlərinin daha bir səbəb isə qeysəriyyə ilə doğuşların çox olmasıdır. 2013-cü ildə Azərbaycanda 18 mindən çox qeysəriyyə əməliyyatı həyata keçirilib. Halbuki 2008, 2007 illərdə bu rəqəm 11 min olub. Bu göstərici hər il artır. Qeysəriyyə əməliyyatı ilə bağlı həkimləri qınamaq düzgün deyil. Əksər hallarda xəstələr inadkarlıqla qeysəriyyə əməliyyatı istəyir. Bunun subyektiv və obyektiv səbəbləri var. Səhiyyə Nazirliyi qeysəriyyə əməliyyatı ilə bağlı xüsusi təlimatlar hazırlayıb, konkret göstərişlər təyin olunub. Qeysəriyyə əməliyyatlarından sonra da ağırlaşmalar baş verir və bu rəqəmin artması da ana ölümlərinə təsir göstərir”.

Qonaq son illər ana ölümləri faktının azaldığını deyib: “Əslində son 5 ildə Azərbaycanda ana ölümü hallarının sayı o qədər artmayıb. Məsələn, rəsmi statistikaya nəzər salsaq, 2013-cü ildə Azərbaycanda 25 ana ölümü baş verib. 2001-2012-ci illərdə bu rəqəm 27 və 26-dır. Azərbaycanda ana ölümü hallarının ən çox baş verdiyi illər 1993-1994-cü illərdir. Həmin illərdə 60 və 70 ana ölümü olub. 1999-cu ildə 51 və ana ölümü baş verib. Lakin 2007-ci ildən başlayaraq Azərbaycanda ana ölümü halları 2 dəfəyə qədər azalmağa başlayıb. Bu da böyük rəqəmdir. Biz bu rəqəmi Qərbin inkişaf etmiş ölkələrinin statistikasına uyğunlaşdırmalıyıq. Azərbaycan Afrika və ya Hundistan deyil. Azərbaycanda tibb elminin böyük inkişaf tarixi var”.







Həkim anaların psixoloji baxımdan təbii doğuşa hazırlanmasının da vacibliyindən danışıb: “Təəssüflə qeyd etmək lazımdır ki, bizdə anaların doğuşa psixoloji baxımdan hazırlanması diqqətdən kənar qalıb. Oktyabr ayından başlayaraq Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Ümidli Gələcək təşkilatının birgə əməkdaşlığı ilə Azərbaycanda reproduktiv sağlamlığın tədrisi adı altında böyük bir maarifləndirmə və tədris proqramına start verilib. Bu həm ana və uşaq ölümü hallarının qarşısının alınması, həm müəyyən xəstəliklərin profilaktikası, ümumiyyətlə demoqrafiya siyasəti baxımından əhəmiyyətlidir. Bizim orta məktəbləri bitirən oğlan və qızlarda valideyn olma bilik və bacarıqları, ailə qurmaq və ailəni saxlamaq, uşağı böyütmək və s. ilə bağlı məlumatlılıq aşağı səviyyədədir. Hamiləliyin planlaşdırılması, hamiləliyin riskləri, doğuşa hazırlıq barədə məlumatın gənclərdə və hətta onların valideynlərdə aşağı səviyyədə olması təəssüf ki, belə acınacaqlı statistikaya gətirib çıxarır”.







Nabil Seyidov Azərbaycanda çoxuşaqlılığın Qərblə müqayisədə Azərbaycanda çox olmasının da ana və uşaq ölümünə təsir etdiyini bildirib: “Bəziləri çoxuşaqlılığı genetik fondun qorunması, demoqrafiyanın inkişafı üçün müsbət hal hesab edir. Lakin çoxuşaqlı ailələrdə və bir neçə uşaq dünyaya gətirən analarda fəsadların baş vermə riski yüksək olur. Qeysəriyyə ilə uşaq dünyaya gətirən analarda ikidən artıq uşaq sahibi olmaq tövsiyə edilmir. Çünki bu zaman həyati risk həddindən artıq çoxdur. Digər tərəfdən, qeysəriyyə əməliyyatından sonra təbii doğuş da qorxuludur. Hər bir hamiləliyə individual yanaşmaq lazımdır”.







Qonaq hamiləlik və doğuş üçün təhlükəli hesab edilən anadangəlmə qüsurlar barədə də geniş məlumat verib: “Bizdə anadangəlmə ürək qüsurunun olması və ağciyər hipertoniyası olan qadınlar ümumiyyətlə hamilə ola bilməzlər. Çünki bu zaman hamiləlik və doğuş 60% hallarda ananın ölümü ilə nəticələnir. Çox hallarda xəstələr bu cür ciddi problemdən ya xəbərdar olmurlar, ya da həkimin məsləhətinə əhəmiyyət vermirlər. Hər bir hamiləlikdən, xüsusilə də qeysəriyyədən sonra çapıqlar yaranır. Bu sonrakı hamiləliklərdə plasentanın təhlükəli yerdən birləşməsinə səbəb olur. Bu doğuş zamanı və doğuşdan sonra ana ölümünə səbəb olur”.





Nabil Seyidov dölün çəkisinin ağır olmasının şəkərli diabetlə əlaqəli olmasından da danışıb: “Doğuş risklərinin daha bir səbəbi bütün dünyada olduğu kimi, ölkəmizdə də şəkərli diabet xəstələrinin çox olmasıdır. Diabetin hamiləlik zamanı ilk dəfə aşkar edilməsi hallarına Azərbaycanda təəssüf ki, tez-tez rast gəlinir. Şəkərli diabet olan qadınlarda hamiləlik zamanı dölün çəkisi çox böyük olur. Adətən, bizdə çəkisi artıq olan uşaqlara igid kimi baxırlar. Lakin təəssüf ki, 4 və 4,5 kq. dan artıq çəkili uşaq dünyaya gətirən qadınlarda çox vaxt diabetin olduğu ortaya çıxır. Anada şəkərli diabetin olması və dölün çəkisinin çox olması çox hallarda cərrahi müdaxiləyə, qanaxmalara səbəb olur”.



Qonaq maariflənmənin və bölgələrdə səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasının vacibliyini də vurğulayıb: “Azərbaycanda, xüsusilə də kənd və bölgələrdə tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində xeyli işlər görülməlidir. Reanimasiya xidmətinin təkmilləşdirilməsi, qan komponentlərinin əlçatanlığının təmin edilməsi əsas məsələlərdəndir”.





Həkim ekspert həkim nəzarətindən kənarda baş verən abortların da təhlükəli olmasını deyib: “Rəsmi statistikaya görə 2000-ci ildə Azərbaycanda 600 abort baş verib. 2013-cü ildə bu rəqəm 3 dəfə çox - 1600-dür. Bu, həkim nəzarəti altında baş verən abortların sayıdır. Təəssüf ki, xəstəxanadan kənarda, həkim nəzarəti olmadan baş verən abortlar da var. Belə hallar ana ölümlərinə, qadının sağlamlığına ciddi zərər verir. Səhiyyə Nazirliyi və İctimai İslahatlar Mərkəzi abortların qarşısının alınması və abortların mənfi fəsadları ilə bağlı xüsusi maarifləndirmə tədbirləri həyata keçirilir”.







Nabil Seyidov erkən nikahların və qızların kiçik yaşda ana olmasının ana və uşaq ölümlərinin statistikasına təsir etdiyini təəssüflə qeyd edib: “Azərbaycanda 2012-2013-cü illərdə rəsmi statistikaya əsasən, 500 erkən nikah qeydə alınıb. 15-19 yaş arası analar arasında aparılan abortların sayı 30 faiz artıb. Həmin müddətdə 15-16 yaşlı 300 qadın ana olub. Hazırda rəsmi qanunvericiyə görə, qadınların nikah yaşı 18 yaş müəyyən olunub. Uşaq orqanizminin fizioloji imkanları hələ erkən yaşda ana olmağa qadir deyil. Bu ağır fəsadlara gətirib çıxarır. İnsanlar bilməlidir ki, 50 il əvvəl insanların böyük əksəriyyəti 50 yaşa çata bilmirdi”.



Qonaq bu yaxınlarda İsmayıllıda 32 yaşlı ananın dördüncü uşağını dünyaya gətirərkən həyatını itirməsinə də münasibət bildirib: “Doğuş zamanı atonik qanaxma ananın həyatı üçün potensial təhlükədir. Bunun səbəbi qadında uşaqlıq əzələlərinin yığılmaması ilə əlaqədardır. Buna görə də qanaxma dayanmır. Təəssüflə qeyd etmək lazımıdır ki, atonik qanaxmanı əvvəlcədən müəyyənləşdirmək mümkün deyil, lakin cərrahi müdaxilə və dərman preparatları ilə bunun qarşını almaq olur. Burada qanaxma zamanı qan resurslarının əlçatan olması və köçürülməsi, güclü reanimasiya xidmətinin olması, rayonlarda həkin briqadasının daha çox təcrübəyə malik olması lazımdır”.







Söhbətin sonunda həkim ana olmağa hazırlaşan qadınlara daha çox fiziki hərəkət etməyi məsləhət görüb: “50 il əvvəlki qadınlar həm fiziki, həm immun baxımından daha güclü, doğuşa hazır idilər. Son illərdə qadınlar az hərəkət edirlər, sağlam qidalanmırlar. Şəhərlərdə yaşayan qadınların əksəriyyəti demək olar ki, heç piyada gəzmirlər. Qadınlara məsləhətim odur ki, həmişə fiziki fəaliyyətlə məşğul olsunlar”.


Teqlər:
Bu xəbər cəmi 1225 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR