Məlumata görə, metronun “20 Yanvar” stansiyasının yaxınlığında Dövlət Yol Polisinin əməkdaşı, serjant Qarayev Müşfiq Əsəd oğlu yol hərəkət qaydalarını pozan “Mersedes” markalı avtomobilin sürücüsü, Masallı rayon sakini Səfərov Fuad Maarif oğlunu saxlayıb.
Polis müfəttişi inzibati protokol tətbiq etmək istəyib. Lakin Səfərovun tanışı, 50 CF 294 dövlət nişanlı digər “Mersedes” markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Səmədov Elvin Xeyrəddin oğlu öz maşınından düşmədən münaqişə vəziyyəti yaradıb və polis əməkdaşı ilə mübahisəyə başlayıb.
Bundan sonra Səmədov avtomobili hərəkətə gətirərək yol polisinin üstünə sürüb. Hadisə nəticəsində sol ayağından ciddi xəsarət alan polis Respublika Kliniki Xəstəxanasına çatdırılıb.
Hər iki şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.