Bunu “Bakutel-2014” sərgisində jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
`Bu, Azərbaycanda ikinci peykdir. Bu peyk dünyanın istənilən ərazisində yer səthinin monitorinqini aparmaq gücünə malikdir. Əsasən coğrafi ərazilərin şəkillərinin çəkilməsi, orada müəyyən obyektlərin monitorinqinin aparılması, fövqəladə hallarda, ekoloji problemlərin həllində, kənd təsərrüfatında, xəritəçəkmədə tətbiq olunacaq. Azərbaycan 20-ci ölkədir ki, bu növ peyki orbitə çıxarır. Bu yaxınlarda Azərbaycanla Fransa arasında kosmik fəzanın tədqiqatı sahəsində birgə əməkdaşlıq çərçivəsində strateji sazişin nəticəsidir. Adı çəkilən proqramda həm Fransanın, həm də Azərbaycanın peykinin birgə istifadəsini nəzərdə tutur. Layihəyə Fransa və Azərbaycan tərəfindən birgə maliyyə qoyulub`.
Nazir qeyd edib ki, bu layihəyə əsasən peyk 12 il müddətində orbitdə olacaq. Təxminən 7-8 ilə isə ona çəkilən xərclər geri qaytarılacaq.
`2015-ci ilin noyabr ayında Azərbaycanda aşağı orbitli yer səthinin monitorinqi üçün istifadə olunan idarəetmə sistemi qurulacaq. Bu sistem imkan verəcək ki, Azərbaycan digər peyklərdən də qəbul edilən informasiyanı emal edə biləcək. Bununla da Azərbaycan dünyada az rast gəlinən sistemlərdən birinə sahib olacaq. Azərbycanın yeni peyki `Azərsky` adlanır. Bu peyk Fransanın iki əvvəl peykə buraxdığı Spot 6 peyki ilə birgə sistemə qoşulub. İki ölkə arasındakı müqaviləyə əsasən, hər iki peyk iki dövlət tərəfindən idarə olunacaq. `Azərsky` peykinə 150 milyon investisiya yatırılıb. İnvestisiyanın 85 faizini Fransanın Kofaz bankı tərəfindən aşağı faizli krediti ilə maliyyələşib. Fransa da Spot 6 peykinə eyni məbləğdə maliyyə ayrılıb. Bu peyk çox rentabellidi. Azərbaycanın bir çox sahələrində, o cümlədən təhlükəsizlik məsələsində çox effektiv istifadə olunacaq`.