Layihənin əsas məqsədi dünya arenasında Azərbaycan adını yüksəldə bilən gənclərin hazırlanması,beynəlxalq rəqabətə davamlı gənclərin yetişdirilməsi, dünya arenasına “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” fəlsəfəsini çatdırıb, izah edib, təbliğ etməkdir.
Ümumilikdə layihədə 30 gəncin iştirakı planlaşdırılır. Bu gənclər 5 gün ərzində təlimləndirilib, ondan sonra aldığı bilikləri tətbiq etmək imkanları qazanacaqlar. Layihənin keçirilməsi üçün nəzərdə tutulan coğrafi ərazi kimi Gənclər və İdman Nazirliyi tərəfindən Gənclər Paytaxtı seçilən Quba şəhəridir.
Təlimlər ümumi olaraq “Azərbaycanın siyasəti”, “Dövlət quruculuğu”, “Siyasi analiz və təhlil”, “Dağlı Qarabağ” münaqişəsi haqqında olunacağı planlaşdırılır.