Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, havanın temperaturunun gecə və səhər 3 dərəcəyədək isti, axşama doğru isə 0 dərəcəyə yaxın olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 780 mm civə sütunundan 765 mm civə sütununadək enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 3-də havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.