Kanadanın nəhəng şirkəti "Canadian Natural Resource"un İdarə heyətinin sədri maraqlı açıqlaması ilə gündəmə gəlib. O bildirib ki, neftin bir barreli 30-40 dollara qədər ucuzlaşacaq.
Edvards qeyd edib ki, bu qiymət enişi uzun müddət davam edəcək: "Neftin qiymətinin 30-40 dollar civarında qalacağını ehtimal edirəm. Burada əsas problem neftin qiymətinin nə vaxt sabitləşəcəyi ilə bağlıdır. Bir müddət üçün neftin qiyməti 70-75 dollar civarında qala bilər. Bunun üçün tələb artımı olmalıdır. Tələb olarsa, bu zaman bahalaşma da müşahidə ediləcək",- deyə neft milyarderi söyləyib.
Qeyd edək ki, Nyu-York birjasında West Texas Intermediate (WTI) neftnin qiyməti 2,46% dəyər itirərək 1 barrel üçün 64, 52 dollara düşüb. Londonda Brent nefti də kəskin ucuzlaşaraq barrel üzrə 68 dollar 28 sentə düşüb.