Müdafiə Nazirliyindən verilən məlumata görə, dekabrın 1-dək fonda 59 milyon 196 min 80 manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait yığılıb.
Qeyd edək ki, noyabr ayının 1-nə qədər isə Silahlı Qüvvələrə Yardım Fondunun Azərbaycan manatı ilə olan hesabına yığılan vəsait 58 milyon 429 min 256 AZN, ABŞ dolları ilə hesabına yığılan vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib.
Bildirək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb.
Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.