Layihənin əsas məqsədi Azərbaycanda televiziya yayımı sahəsində vətəndaşlara yüksək səviyyədə xidmət etməkdir. ATV-nin rəqəmsal televiziyasının üstünlüyü yayımın müasir DVB-T (Digital Video Broadcasting - Terrestrial) standartı əsasında aparılmasıdır.
ATV+ layihəsinin digər bir üstünlüyü parlaq rəng palitrasıdır. Şirkət hər şeydən öncə, tələbkar tamaşaçıların maraqlarına cavab verən unikal və müxtəlif məzmunlar təqdim edir. Həmçinin maraqlı məzmunla yanaşı, yayımda yeni texnologiyanı da dəstəkləyir. Loqoda “+” işarəsinin olması bizim hər zaman yenilikçi olmağımıza, həmçinin müştərilərimizin də bizi seçməklə üstünlük əldə etməsinə işarədir.
ATV+ layihəsi həm də simsiz birləşmə təklif edir ki, bununla da xidmətlərimizə qoşulmaq daha asan olacaq. Evinizin divarlarını yararaq müxtəlif kabelləri mənzilinizin içərisindən keçirmək məcburiyyətində qalmayacaqsınız. Burada sadəcə bir neçə dəqiqəlik iş var: televizor, adi antena, brauzer və qoşulmaq üçün vaxtınızın sadəcə bir neçə dəqiqəsi.
ATV artıq öz abunəçilərinə ATV+ vasitəsilə yerli və xarici kanalları (Türk, Rus və Avropa) təklif edir. Hələ ki, ATV+ vasitəsi ilə 95 kanalın verilişləri təqdim olunur. Bunlardan 11-i pulsuzdur. Lakin bu ilin dekabr ayından başlayaraq, kanalların sayı 156-ya qədər artırılacaq. Həmçinin, yeni ildə öz abunəçilərimizi digər yeniliklərlə də sevindirəcəyik.