Bu barədə prodüser Tarix Əliyev instaqram səhifəsində yazıb:
“Bax budur Azərbaycanın səsi! 75 milyonluq Turkiyədə tapılmayan səs Azərbaycandan çıxdı. Bax belə insanları qoruyub, ucaldıb arxa çıxmaq lazımdır! Yoxsa bəzi “Bozbaş” mügənnilər, musiqidən bixəbərlər sevgili hesabına klip cəkdirib efirə cıxanlar, sevgililəri “lotu” olub onun-bunun üstünə adam göndərənlər, üç gün çıxıb özünə “nömrə bir” deyənlər... Siz bu insanın səsi qarşısında heç kimsiniz! Onun adı Elnur Hüseynovdur. Çalışın ki, onu da vətəndən küsdürüb başqa ölkələrə yem etməyin. Burda bəzi özlərini kişi hesab edərək kimlərisə qınayanlara da aiddir... Kişiliyin meyyarı güclə ölçülmür! Elnur təkrarsız səsi ilə Avropanı necə lərzəyə gətirmişdisə, “O səs Turkiyəni” də dəhşətə gətirdi”.
Qeyd edək ki, yarışmanın növbəti bölümü sabah baş tutacaq. “O səs Türkiyə”nin anonsu Elnur Hüseynovun çıxışı üzrə qurulub.