Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin bu il dekabrın 24-də keçirilməsi haqda qərar verib.
Qərara əsasən, qeydə alınmış namizədlər, siyasi partiyalar, partiya blokları seçkiqabağı təşviqata səsvermə gününə 23 gün qalmış - noyabrın 30-da başlamalıdır.
Seçkiqabağı təşviqat səsvermənin başlanmasına 24 saat qalmış - dekabrın 22-də dayandırılacaq.
Azərbaycanda 1700-dən çox bələdiyyə var.