“Xezer.info”nun Report-a istinadən xəbərinə görə, Vidadi İsmayılov adlı şəxs “BMW” markalı avtomobillə üç nəfər piyadanı vurub. Vurulanlar-Nərgiz Allahverənova və onun 14 yaşlı qızı Ruhəngiz Allahverənova ilə 10 yaşlı oğlu İsmayıl Allahverənovdur. Onların hər üçü xəsarət aldıqlarından xəstəxanaya yerləşdirilib. İ.Allahverənovun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, sürücü V.İsmayılov müğənnidir. Sürücü və vurulan şəxslər Günəşli kənd sakinləridir.