Artıq bahalı mobil telefon almağa ehtiyac qalmadı! Bütün funksiyaları özündə cəmləşdirən milli brendimiz - ALOV smartfonunu əldə etməklə arzuladığınız telefona sahib olun.
Bu ilin sentyabr ayında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti, Azərbaycan bazarında yeni brend smartfonu olan ALOV-u təqdim etdi. Təxminən iki aydır bazara daxil olan ALOV, smartfon həvəskarlarının diqqətini özünə çəkə bildi. Bu uğurun əsas səbəbi cəlbedici xüsusiyyətlərin toplusu ilə yanaşı, cihazın zərif görünüş və toxunuşa malik olmasıdır. ALOV smartfonu yeni nəsil smartfon istifadəçilərinin bütün tələblərinə cavab verir: 3G İnterneti, çoxfunksiyalı kamera, yüksək ötürücülük tələb edən oyunlar üçün keyfiyyətli prosessor, ofis əlavələri, böyük ölçülü ekran və s.
Smartfon – geniş 4.7 düymluq sensorlu ekran, 4-nüvəli prosessor – 1.3 GHz, RAM 1024 + 4GB daxili yaddaş, Android 4.4 əməliyyat sistemi, HSPA/WCDMA şəbəkəsini dəstəyi və 2000 mAh batareya gücü ilə təciz edilib. Smartfona eləcə də 1 il zəmanət verilir. Bütün bu imkanları şirkət cəmi – 129 manata təklif edir. ALOV alanlara, üstəlik, hər ay 1 GB İnternet də BONUS olaraq verilir!
Ən güclü HD oyununu bu smartfonla problemsiz oynaya, “Play Market”dən istədiyiniz proqramları yükləyə bilərsiniz.
Wiko Bloom modeli olan ALOV brendini əldə edənləri hədiyyələr də gözləyir. Belə ki, ALOV sizin istəyinizi nəzərə alaraq qutunun içində üç rəngdə (qara, ağ və qırmızı) arxa qapaqlar təqdim edir.
Bir sözlə, son dəbə uyğun, güclü və eyni zamanda sərfəli olan bu smartfonda axtardığınız bütün üstün keyfiyyətləri tapacaqsınız.
Gözoxşayan dizayn və xüsusi funksiyaları ilə seçilən, Android əməliyyat sistemində olan ALOV smartfonu cəlbedici, güclü və eyni zamanda münasib qiymətə smartfon axtarışında olanlar üçün gözəl təklifdir.
Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer əmindir ki, ALOV ən yaxşı istifadə təcrübəsi təqdim etməklə uğurlu olacaq.
Qeyd edək ki, ALOV smartfonunu istənilən Bakcell diler yaxud tərəfdaş mağazalarından əldə etmək olar. Bu smartfonu kreditlə də almaq mümkündür. Bunun üçün Wentto və West Telecom mağazalar şəbəkəsinə müraciət etmək lazımdır.
Hətta Mançester Yunaytedin hücumçusu Falkao da “Alov” smartfonuna sahib oldu. Bəs siz nə gözləyirsiniz?!