Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

2015-ci ilin büdcəsinə görə, kimlərin maaşı artacaq?

2015-ci ilin büdcəsinə görə, kimlərin maaşı artacaq?


2015-ci ilin dövlət büdcəsində əməkhaqqı xərclərində ən çox artım (22 faiz) dövlət idarəetmə və hüquq-mühafizə sistemi işçilərinin payına düşür. Təhsil, səhiyyə, mədəniyyət-incəsənət işçiləri də əvvəlkindən 3 faiz çox maaş alacaqlar.Təqaüdlərin artımı gözlənilmir.



Bu məlumat büdcə sənədlərini təhlil edən iqtisadçı-ekspert Rövşən Ağayevin bloqunda əksini tapıb. Yazıda qeyd olunur ki, gələn ilin büdcəsində təhsil, səhiyyə və mədəniyyət-incəsənət sahələrində çalışanların əməkhaqqına 1 milyard 467 milyon manat ayrılması nəzərdə tutulur. Xərclər 2014-cü illə müqayisədə cəmi 3 faiz artıb.



İKİ SAHƏDƏ ARTIM ÜMUMİ ƏMƏKHAQQINDA ARTIMIN YARISI QƏDƏRDİR



Gələn ilin büdcəsindən əməkhaqqı artımına 420 milyon manat ayrılacaq. Rövşən Ağayev bütün sahələr üzrə artımları hesablayıb. Məlum olub ki, ümumi artımın cəmi 11 faizi sosial sahəyə ayrılacaq. Həmin sahədə 500 min nəfərədək insan çalışır. Amma 2015-ci il üzrə əməkhaqqı artımlarına nəzərdə tutulan vəsaitin, nə az, nə də çox, tən yarısı dövlət idarəetmə və hüquq-mühafizə sistemində çalışanların payına düşür. Bu iki sahədə əməkhaqqı xərcləri təxminən 1 milyard 100 milyon manat olacaq (bu ilə nisbətən 22 faiz çox).



GƏLƏN İL TƏQAÜD ARTIMI GÖZLƏNİLMİR...



Tələbə təqaüdlərinin artımına vəsait nəzərdə tutulmur. 2015-ci ildə belə təqaüdlərə 25 milyon 800 min manat ayrılacaq. Bu, təxminən 2014-cü ildəki qədərdir.



Sosial müdafiə xərcləri çərçivəsində ödənən sosial yardım və müavinətlərinsə cəmi 2 faiz və ya 32 milyon manat artırılması planlaşdırılıb.


Teqlər:
Bu xəbər cəmi 1360 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR