Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Kanallarda yemək məclislərinin reklamı günahdırmı?- Açıqlama

Kanallarda yemək məclislərinin reklamı günahdırmı?- Açıqlama
“Dinimizə görə insanlarda olan nemətlər uca Allahın onlara verdiyi bir bəxşişdir. Allah təala insanları müxtəlif nemətlərlə onların özlərini necə aparmaları ilə imtahana çəkir. Elə şəxsiyyətli insanlar vardır ki, onlar dərk edirlər ki, onlarda olan nemətlər imtahan üçün müvəqqəti olaraq verilib və həmin insanlar özlərində olan nemətləri digər insanlarla paylaşırlar. Amma bu gün cəmiyyətimizdə , çoxu “hamı özü üçün” prinsipi ilə yaşayır.”


AMEA-nın elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov analitik.az-a deyir ki, bəzi telekanallarda müxtəlif yemək növlərinin sərgilənməsi heç də yaxşı hal deyil: 



“İnsanlar dərk etmirlər ki, bu nemətlərdən bir çox insanlar məhrumdurlar. Çünki, uca Allah hamıya eyni neməti eyni çoxluqda vermir. Birinə çox nemət verir ki, az neməti olanla bölüşsün. Həmçinin az neməti olan quluna da imtahan üçün az nemət verərək onun dözümlü, yoxsa Allaha qarşı asilik edən biri olacağını yoxlayır. Bu barədə Quran ayələri də var. Allah təala bu ayələrdə bildirir ki, biz sizə çox və az nemət verməklə bir-birinizlə imtahana çəkirik”.



Ə. Həsənov bildirdi ki, çox hallarda cəmiyyətdə tarazlıq qorunub saxlanılmır: 



“Həqiqət bundan ibarətdir ki, bu gün elə insanlar var ki, onların evində aylarla ət bişmir. Onlar bu neməti digər insanlardan fərqli olaraq dada bilmirlər. Elə insanlar da var ki, kifayət qədər yeməkləri zibilliyə atırlar. Əvvəllər biz görərdik ki, böyüklərimiz bizə deyərdilər, əlində olan çörəyi evində ye, həyətə, qonşuya əlində olan çörəklə getmə. Çünki, həyətdə olan uşağın, ya da qonşunun imkanı zəifdir və sənin kimi çörək tapıb yeyə bilmir. Bizim də elə güclü imkanımız yoxdur ki, özümüzə aldığımız çörəkdən onlara da alıb verək. Yəni, belə ailələr əvvəllər olub, indi də var. Özündə olan nemət ancaq özünə kifayət etdiyi üçün, digər insanlarla bölməyə imkanı olmadığı üçün istəmir ki, əlindəkini göstərərək ehtiyacı olanın nəfsinin günahına batsın.”



İlahiyyatçının sözlərinə görə, bu gün sanki insanlar sahib olduqlarını nümayiş etdirmək üçün yarışa çıxıblar: “Bu gün isə elə vəziyyət yaranıb ki, insanlar hətta kütləvi şəkildə göstəriş yarışına giriblər. Əsas da göstərmələri bir yana, imkanları olduğu halda belə ehtiyacı olanlarla əllərindəki nemətlərdən paylaşmırlar. Bu gün efirlərdə cəmiyyətimizə nəinki çeşidli yeməkləri göstərirlər, eyni zamanda efirdən onlar həmin yeməkləri yeyərək digər insanları şişirtməyə çalışırlar.”



İlahiyyat üzrə fəlsəfə doktoru qeyd etdi ki, İslam dinində nemətlərin göstərilməsi yaxşı haldır, amma bəzi məqamları da nəzərə almaq lazımdır: “Hətta belə bir hədis də var ki, Allah təala quluna verdiyi neməti onun üzərində görmək istər. Bu o demək deyil ki, bəzi imkanlı şəxslər efir vasitəsi ilə yemək çeşidlərini öz aralarında yeyib ictimaiyyətə təqdim etsinlər. Özlərinə nemət verilən şəxslər dərk etməlidirlər ki, bununla onlar evində aylarla ət olmayanın haqqına girirlər, onların dünyada yaşamaq həvəsini söndürürlər. Bütün bunlar dinimizə uyğun gəlmir. Buna görə xüsusi ilə tövsiyə edərdim ki, efirlərdə yemək məclisləri göstərilməsin. Hələ mən bəzi müğənnilərin bahalı maşınlarını, evlərini, yaşayış tərzlərini reklam etmələrini demirəm.”


Teqlər:
Bu xəbər cəmi 1185 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR