Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda nikah yaşı 1 il azaldıla bilər- Şərtlər

Azərbaycanda nikah yaşı 1 il azaldıla bilər- Şərtlər
Yazı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəklədiyi "Qızılbaş" GMİB-nin "Gənclər arasında ailə hüquqlarının təbliği" layihəsi ilə bağlı yayımlanır.


Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi İsrafil Əlilinin "Qafqazinfo"ya müsahibəsi


 



- Qanunla müraciətdən neçə gün sonra nikah bağlanır? Xüsusi hallar mövcuddurmu?


- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9-cu maddəsinə əsasən, Nikah müvafiq icra hakimiyyəti orqanı (VVADQ) tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Əgər üzrlü səbəblər olarsa, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. Xüsusi hallarda isə (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.



- Azərbaycanda nikah yaşı 18-dir.Bəs nə zaman bu limiti keçməyənlər ailə qura bilər?



- Bildirməliyik ki, əvvəllər Ailə qanunverciliyimizde nikah yaşı oğlanlar üçün 18, qızlar üçün isə 17 idi. Lakin, hal-hazırda cinsindən fərqli olmayaraq Azərbaycanda nikah yaşı 18-dir. Lakin üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Üzrlü səbəblər kimi, tərəflərdən hər-hansı birinin valideynin xəstə olması, qızın hamilə olması və s. göstərilə bilər.



- Ərin nikahın pozulmasını tələb etmək hüququ nə zaman məhdudlaşdırıla bilər?



- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən, Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.



- Azərbaycanda nikah nə zaman etibarsiz sayılır?



- Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Nikah yaşı 18-dir. Lakin üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bundan başqa, Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:



1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar;



2. övladlığa götürənlər və övladlığa götürülənlər;



3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;



4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.



Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AiDS) olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.



Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.


Teqlər:
Bu xəbər cəmi 1695 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR