Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Daxili İşlər Nazirliyi işçi axtarır - Vakant vəzifələr

Daxili İşlər Nazirliyi işçi axtarır - Vakant vəzifələr

Daxili İşlər Nazirliyi (DİN) respublikanın ərazi polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrində - əməliyyat müvəkkili, polis sahə inspektoru (hüquqşünaslar üçün) və yektinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor (müəllimlər üçün) vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.


 


Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 75 vəzifənin tutulması ilə əlaqədar keçirilən müsabiqə test imtahanlarından və müsahibədən ibarətdir. Test imtahanları –Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüquq və azadlıqları na dair beynəlxalq aktlara aid, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən proqram və onu əhatə edən suallar üzrə keçirilir. Müsahibə – test imtahanını müvəffəqiyyətlə keçmiş namizədlərlə DİN-in Müsabiqə Komissiyası tərəfindən aparılır.


 


Müsabiqədə dövlət ali təhsil müəssisələrində hüquqşünas və müəllim (3 il pedaqoji stajı olan) ixtisası almış, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), boyu 165 santimetrdən (qadınlar üçün 160 santimetrdən) yüksək olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən /Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayanlar və ya yaşayış yeri üzrə qeydiyyatda olanlar istisna olmaqla/ Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.


 


Müsabiqə qaliblərinin elan edilmiş vakant vəzifələrə təyinatından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcək.


 


Müsabiqədə iştirak etmək üçün sənədlər 2014-cü il noyabr ayının 24-dən dekabr ayının 24-dək hər gün (istirahət günlərindən başqa) saat 10-dan 17-dək şəhər, rayon polis idarə və şöbələrində qəbul olunur.

Teqlər:
Bu xəbər cəmi 1650 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR