Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

SOCAR-dan 1.5 milyardlıq iddia ilə bağlı - Açıqlama

SOCAR-dan 1.5 milyardlıq iddia ilə bağlı - Açıqlama
Bəzi kütləvi informasiya vasitələrinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı şəhərində inşa etdirdiyi yeni inzibati binasının tikintisi layihəsinin 1,9 mlrd. ABŞ dolları (1,5 mlrd. manat) dəyərində olması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.


Bunu "Report"a açıqlamasında SOCAR-ın mətbuat ximdətinin rəhbəri Nizaməddin Quliyev deyib. Onun sözlərinə görə, layihənin icrası ilə bağlı aparıcı xarici şirkətlərlə imzalanmış müqavilələr hər kəs üçün açıqdır: "Tikinti ilə bağlı SOCAR rəhbərliyi dəfələrlə açıqlama verib. Səsləndirilən rəqəmlər reallıqla müqayisədə 6-7 dəfə şişirdilib. İnşaat işində tanınmış şirkətlər iştirak edir və bütün nüanslar onlar vasitəsi ilə də dəqiqləşdirə bilərlər".



N.Quliyev əlavə edib ki, bu tipli xəbərlər ilk dəfə deyil yayılır: "Bu, müəyyən qüvvələrin ölkədə baş verən bütün müsbət proseslər, aparılan quruculuq işlərinə və inkişafa qarayaxma vərdişlərindən irəli gəlir".



Qeyd edək ki, 2010-cu ilin oktyabr ayında ölkə prezidenti İlham Əliyevin iştirakı ilə Bakının Heydər Əliyev prospektində SOCAR-ın yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib. Şirkətin müasir ofis binasının layihələndirilməsi ilə əlaqədar işlərə 2007-ci ildə başlanılıb. Nəticədə, Cənubi Koreyanın “Heerim Architects & Planners Co. Ltd.” şirkəti tərəfindən təqdim olunan “külək-alov” konsepsiyası daha cəlbedici hesab edilib. Layihələndirmə işlərinin həmin konsepsiya əsasında aparılması məqsədəuyğun sayılıb və 2007-ci ilin sentyabrında SOCAR və “Heerim Architects & Planners Co. Ltd.” şirkəti arasında müvafiq müqavilə imzalanıb. 



Tikinti üzrə xidmətlərin göstərilməsi üçün 2010-cu ilin martında elan edilən açıq müsabiqədə isə 8 nüfuzlu tikinti şirkəti arasından "TEKFEN İnşaat və Təchizat" (Türkiyə) seçilib və həmin şirkətlə SOCAR arasında müqavilə imzalanıb. Binanın inşasına müəllif nəzarətini və tikintinin idarəetmə işlərini “Heerim Architects & Planners” şirkəti həyata keçirir. Layihə ilkin olaraq 235,4 mln. dollar məbləğində dəyərləndirilir. 



Xatırladaq ki, 200 metr hündürlüyündə olacaq ofis binasının 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edəcək. Burada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərəcək.



Binanın yeraltı mərtəbəsində 1 045, yerüstü mərtəbəsində isə 240 avtomobili qəbul edə biləcək dayanacaqlar olacaq. Binanın ikinci mərtəbəsi fitnes mərkəzi, 3-6-cı və 18-37-ci mərtəbələri şirkətin struktur bölmələrinin ofisləri üçün nəzərdə tutulub. Binanın fasadının ümumi sahəsi 27 min kv. metr, zirzəminin sahəsi təxminən 52 min kv. metr, ofis hissəsinin sahəsi isə 40,5 min kv. metrdir. Layihənin sahəsi 100 min kvadrat metrdən artıqdır. Bina Rixter şkalasına görə 9 ballıq zəlzələyə davamlı olacaq. 


Teqlər:
Bu xəbər cəmi 1185 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR