Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan xəbərə görə, havanın temperaturunun gecə 4-6, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 765 mm sütununa düşəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
Departament xəbərdarlıq edir ki, yaxın 2 gün ərzində ölkə ərazisində qeyri-sabit, soyuq, fasilərlərlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.