Bunu azvision.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları "Qapalı Səhmdar Cəmiyyəti (QSC) mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib. N. Əzməmmədov bildirib ki, hazırda bu məsələ ilə bağlı işlər görülür.
Onun sözlərinə görə dəmiryolunun WİFİ-ilə təmin olunması üçün əvvəlcə Rusiya və Gürcüstan kimi qonşu ölkələrlə razılıq əldə olunmalıdır:
“Qatarlara WİFİ quraşdırılacaq. Qatarlar hərəkətdə olduğuna görə bu məsələdə bir az çətinliklər üzə çıxır. Bunu qatar gedən başqa ölkələrlə də razılaşdırmaq lazımdır. Rusiya ilə hələ ki, razılıq əldə olunmayıb. Bütün bölgələrimizə və xarici ölkələrə gedən qatarlarda da bu sistemin qurulması planlaşdırılıb. Ona görə də həmin ölkələrlə müəyyən razılaşmalar əldə edilməlidir. Gərək WİFİ sistemi bizim ərazi ilə yanaşı başqa yerlərdə də istifadə olunsun”.