Qəbələ, Balakən, Oğuz, Qax, Şəki, Zaqatala və İsmayıllı rayon sakinlərinin iştirak etdikləri qəbul saat 11:00-da Qəbələ Mədəniyyət Mərkəzində gerçəkləşib. Qəbul zamanı nazir Azad Rəhimova 30-a yaxın vətəndaş gənclər, idman və digər mövzularla bağlı müraciət edib.
Gənclər sahəsində edilən 10-dək müraciətlər əsasən QHT –in yaradılması üçün nazirlik tərəfindən dəstək verilməsi, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin lazımi avadanlıqlarla təmin edilməsi və yeni Mərkəzlərin açılması, Bakı 2015 Avropa oyunlarına könüllülərin cəlb edilməsi və s istiqamətdə olub.
İdman sahəsində edilən 10-dan artıq müraciət sırasında Fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idman zallarının idman avadanlıqları ilə təmin edilməsi, yeni Olimpiya İdman Komplekslərinin tikilməsi və digərləri olub.
Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı bağlı olub.Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.