Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“400 manat, boru alveri, müqaviləsiz sayğaclardan axan qaz”- Fotolar

“400 manat, boru alveri, müqaviləsiz sayğaclardan axan qaz”- Fotolar
Bundan əvvəl də bu barədə aktual.az-ın redaksiyasına göndərilən məlumatlar əsasında yazılar dərc olumuşdu. Söhbət Göyçay Qaz İstismar İdarəsindən və onun rəisi Murtuz Salahovdan gedir.


“Qafqazinfo”nun xəbərinə görə, rayondakı mənbənin aktual.az-a göndərdiyi məlumatda qeyd olunur ki, Göyçay rayonunun kəndlərində istismar müddəti bitmiş qaz borularının xeyli hissəsi,  kəsilərək, metal qəbulu müəssisələrinə satılır, qalan qismi isə rəsmiləşdirilir. Satışa Murtuz Salahovun, birbaşa, özünün nəzarət etdiyi bildirilir və pullar da özünə çatır. 



Digər bir məlumatda adı bəlli olmayan qaz çəkilişini həyata keçirən təmir-tikinti şirkətinin Çingiz adlı əməkdaşı, Murtuz Salahovun göstərişinə əsasən, vətəndaşların evinə sayğac quraşdırılması müqabilində onlardan pul alınaraq bölüşdürüldüyünü deyir.



Mənbənin sözlərinə görə, yaxın günlərdə Göyçay rayonunun Müskürlü kəndində boru satışı əməliyyatı həyata keçirilib və idarənin Elşən adlı traktorçusu kəsilən metalları lazım olan yerlərə çatdırıb. Mənbə kəsilən boruların kiçik bir hissəsinin fotoşəkillərini də e-mailinə göndərib.





Bundan əlavə, verilən informasiyada layihəsiz qaz çəkilməsi, sayğacların quraşdırılması və bunların  müqabilində abonentlərdən pul yığılması faktı da qeyd olunur. 



İddia olunur ki, bir neçə gün əvvəl Göyçay rayonunun H. b.Zərdabi küçəsində yoxlama zamanı abonentlər Fəzilə Eyyubova və Tubə Abdullayevanın mənzillərində sayğacdankənar qaz xəttinin olduğu məlum olub.Mənbənin sözlərinə görə, Göyçay Qaz İstismar İdarəsinin rəisi Murtuz Salahov vətəndaş Tubə Abdullayevadan aldığı 400 manat pul müqabilində məsələni ört-basdır edib və abonentə akt yazılmayıb. Fəzilə Eyyubova isə  rüşvət vermədiyi üçün akt tərtib olunub.  





Qeyd edilənlərlə bağlı Murtuz Salahovun da mövqeyini öyrəndik. Onun dediklərini olduğu kimi diqqətinizə çatdırırıq:



“Göyçayın Müskürlü kəndində istismar müddəti başa çatan qaz boruları bu gün kəsilərək “Azəriqaz” İB-nin müvafiq məktubuna uyğun olaraq, “Standart-2005” MMC-yə təhvil verilir. Orada heç bir satış aparılmır. Hazırda həmin ərazidə işlər gedir. Digər kəndlərdə də istismar müddətini başa vurmuş qaz boruları kəsilib təhvil verilir. 



Sənədsiz sayğaclara gəlincə, əgər elə bir fakt varsa, yerində araşdıra bilərik. Bu ilin sentyabr ayından bəri biz qazlaşma işi aparmırıq. Qazlaşmanı lisenziyası olan təmir-tikinti şirkətləri həyata keçirir. Bunu vətəndaş öz istəyinə uyğun seçir. Mənim onların işinə müdaxilə etmək hüququm yoxdur”. 





Redaksiyadan:  2014-cü il  noyabrın 1-də yayımlanan “Göyçay Qaz İstismar İdarəsindəki qanunsuzluqların şok təfərrüatı” başlıqlı məqalədə Murtuz Salahov ona məxsus obyektdə qaz idarəsi əməkdaşlarının işlədilməsi və idarənin avtomobilindən istifadə olunması  faktlarını təkzib etmişdi. 



2014-c ü il  noyabrın 18-də dərc olunan “Göyçay Qaz İstismar İdarəsi müdirinin yalanları ifşa olundu” başlıqlı məqalədə isə Göyçay Qaz  İstismar İdarəsinə məxsus avtomobildən müdirin şəxsi obyektinə yük boşaldılmasını əks etdirən fotolar və rəsmi sənəd öz əksini tapmış, beləliklə, idarə müdirinin yalan danışdığı ortaya çıxmışdı.




Teqlər:
Bu xəbər cəmi 1130 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR