Nazirliyin mətbuat xidmətindən azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisinə həftədə 2 saat vaxt ayrılıb:
““Gənclərin çağırışaqədərki hazırlığı” fənni ümumtəhsil məktəblərinin X-XI siniflərində tədris olunur. Fənnin tədrisinə həftədə 2 saat ayrılıb, təsdiq edilmiş proqramı və dərsliyi var”.
Nazirlik eyni zamanda gələcəkdə hərbi dərslər zamanı hər hansı bir hərbi texnikadan və silahdan istifadə edilməsi məsələsinə də aydınlıq gətirilib:
“Bu fənnin tədrisi şagirdlərin vətənpərvərlik tərbiyəsində və hərbi xidmətə hazırlanmasında mühüm rol oynayır. Ona görə də fənnin səmərəli tədrisinin təmin olunması Təhsil Nazirliyinin diqqət mərkəzindədir”