“Maşa və Ayı” tamaşasının yeni bölümlərinin premyerası olacaq. Tamaşalar rus və Azərbaycan dillərində nümayiş etdiriləcək.
Nəzərinizə çatdıraq ki, Gürcüstanın “Multi-Pulti dünyası” teatrı ötən ilin dekabr və mart aylarında da, Bakıda tamaşa təqdim ediblər. Gürcü aktyorlar Maşa və Ayı rolunu ifa etsələr də, cizgi film qəhrəmanlarını Azərbaycan dilində əməkdar artist Məsmə Aslanqızı və Elnar Qarayev səsləndirib.
Qeyd edək ki, tamaşa dekabrın 27,28,29,30 və yanvarın 2-3-də Opera və Balet Teatrının səhnəsində baş tutacaq.