Yenimeydan.info Trend-ə istinadən xəbərə verir ki, bu xidmətlərə, “Hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “İtirilmiş hərbi bilet və ya təhkimetmə vəsiqələrinin əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “SHXÇDX-dən arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu” və “SHXÇDX-yə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu” daxildir.
Əlavə edilən xidmətlərdən istifadə etmək üçün portalda qeydiyyatdan keçmək tələb edilir. Qeydiyyatdan keçdikdən dərhal sonra müraciət ərizəsi açılır və müvafiq xanalar doldurulduqdan sonra göndər düyməsi seçilir.
Beləliklə, “Elektron Hökumət” portalı üzərindən təqdim edilən elektron xidmətlərin sayı artıq 386-dır.