O, ipotekanın şərtlərinin çətinliyindən söz açıb:
"İpoteka kreditlərinin verilməsinə gəlincə isə, hətta nazirliyin və yerli idarənin rəisinin əməkhaqqısı ona imkan vermir ki, bugünkü gündə o ipoteka krediti ala bilsin. Müəllim, həkim, gənc mütəxəssis bunu necə alsın? Bunun faizi, göstəricisi aşağı salınmalıdır. Bu ipoteka krediti ona görə nəzərdə tutulub ki, kim imkanlıdırsa, bir az da ipoteka alsın, öz kəm-kəsirini düzəltsin? Vətəndaşın, imkanı olmayan şəxsin buna aidiyyatı yoxdur. Biz ilbəil bu ipotekanı artırırıq. Amma nəticəni müqayisə etməliyik. Cənab prezident də tapşırıq verdi ki bu ipoteka kreditlərinə yenidən baxılsın. Görülən bütün işlər vətəndaş üçün olmalıdır. Bu məsələ də həllini tapmalıdır”.