Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Biz kişi yetişdiririk”- Yenilənib

“Biz kişi yetişdiririk”- Yenilənib
“Sabah İŞİD gələndə biz bəstəkar axtarmayacağıq. Onun qabağına çıxan insan lazımdır. Biz bu gündən onları yetişdirməliyik”.


Bunu millət vəkili Siyavuş Novruzov parlamentdə büdcə müzakirələri zamanı səsləndirib.



O bildirib ki, müəllimlərin tək əməkhaqqının artırılması ilə məsələ həll olmur: “23 ildir ki, eşidirik ki islahat gedir. Biri Boloniya, biri kurrikulum gətirir.  Deyirlər belə, amma ortada bir şey yoxdur.  İldən-ilə təhsil alanların da, ali məktəbə qəbul olanların da, balların da faizi aşağı düşür. Ümumilikdə isə, ortaya bir şey gəlib çıxmır.  Azərbaycanda əhalini sayını götürdükdə müəllimin sayı üç dəfə artıqdır.  Burada islahat aparılmalıdır və müəllimə yaxşı əməkhaqqı vermək lazımdır ki, yaxşı işləsin və fayda versin.  Ola bilər ki, biz alim, professor, bəstəkar yetişdiririk. Amma bu gün Oqtay müəllim, sizdən xahiş edirəm ki, bir gedin orta məktəbin qarşısına, Azərbaycan uşaqları məktəbdən çıxanda onlara baxın. Bu  gün təhsil alan Azərbaycan oğlanlarından 20 faizdən artığı ordunun tələblərinə cavab vermir. Məktəblərdə hərbi dərslər də, idman dərsləri bərpa olunmalıdır.  Hazırlıq olmalıdır, imtahan verməlidir.  Biz kişi yetişdiririk.  Lap olsun onlardan beşi Nobel mükafatçısı, bəstəkar. Amma bizə əsgər də lazımdır.  Sabah İŞİD gələndə biz bəstəkar axtarmayacağıq.  Onun qabağına çıxan insan lazımdır.  Biz bu gündən onları yetişdirməliyik.  Heç olmasa silahın növünü bilməlidirlər.  Heç olmasa, öz ailəsini düşməndən qorusun.  Bir dəfə xarici  qonaq mənə dedi ki, sizdə kitab buraxmırlar, soyuq silah buraxırlar. Elə qalın üzlü kitab yazırlar ki, kimin başına vursan,  yəqin ki çoxdan dünyasını dəyişmişdi.  İçərisində də bir şey yoxdur. Ona görə də bu uşaqlara insanların yazığı gəlsin”.



Daha sonra millət vəkili bildirib ki, Azərbaycanı Ermənistanla müqayisə etmək yanlışdır. Azərbaycan ən azından Qazaxıstan və Rusiya ilə müqayisə edilməldir. Təbii ki ,bu müqayisənin əhali, müəyyən göstəricilər üçün aparılması lazımdır:



"Biz bu gün Rusiyanın timsalında görürük ki, ərzaq təhlükəsizliyi ölkə üçün nə qədər vacib amildir. Tutaq ki, kimsə keyfindən avtomobil almaq istəyirsə, ona verilən kreditlə  ərzaq təhlükəsizliyinin qorunmasına verilən krediti eyni səviyyədə, eyni müddətə vermək olmaz. Bir müddətinə 23-25 faizə verilən krediti hansı formada fermer qaytara bilər? Bu kredit uzunmüddətə verilməlidir. Fermer birdən taxıl, birdən tərəvəz bitkiləri əkir. Bir də görürsən ki yağış yağmır, ya zəlzələdən ya da vəlvələdən necə deyərlər, kasıbı dəvənin üstündə də ilan vurur. Bunun da  nəticəsində evini, eşiyini satıb gətirib banka verir.  Amerikada bir təşkilatın gəliri 10 faizə yaxınlaşırsa onunla Mərkəzi Kəşfiyyat İdarəsi məşğul olur.  Necə ola bilər ki, illik dövriyyədə onun  gəliri 10 faiz olsun. Azərbaycanda kredit borcunu qaytarmaq üçün ya narkotik ticarəti, ya da insan alveri ilə məşğul olmaq lazımdır.  Başqa halda bu krediti qaytarmaq mümkün deyil. 



Tutaq ki, bank  100 minlik kredit verirsə, gərək 200 minlik əmlak qoyasan banka.  Vətəndaş buna etibar edir.  Bunun 30 minini sığortalayır. Bank da bununla məşğul olmalıdır.  Nəyə görə bank öz vəsaitini sığortalatdırır, amma vətəndaşınkı havada qalır. Bu məsələyə ciddi şəkildə baxılmalıdır”.


Teqlər:
Bu xəbər cəmi 1610 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR