Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Hərbi təlimlər başa çatdı

Hərbi təlimlər başa çatdı
Azərbaycan Hərbi Dəniz Qüvvәləri, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələri, Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin iştirakı ilə noyabrın 13-də başlamış birgə əməliyyat-taktiki təlimlər başa çatıb.


Təlimin birinci mərhələsində Hərbi Dəniz Qüvvələrinin qüvvə və vasitələri tam döyüşə hazır vəziyyətə gətirilərək gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxıblar və əsas baza məntəqəsinin mühafizə və müdafiəsinin təşkilini müvəffəqiyyətlə icra ediblər. Əlavə olaraq şəxsi heyət və silahlarla komplektləşdirmə tədbirləri də başa çatdırılıb.



İkinci mərhələdə Hərbi Dəniz Qüvvələrinin qərargahında Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsi və Fövqəladə Hallar Nazirliyi ilə qarşılıqlı əlaqədə dəniz sərhədlərinin, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində neft-qaz infrastrukturu obyektlərinin mühafizə və müdafiəsi üzrə əməliyyatların planlaşdırılması həyata keçirilib, Hərbi Dəniz Qüvvələrinin gəmi, hissə və bölmələrinə döyüş tapşırıqlarının çatdırılması yekunlaşdırılıb.



Üçüncü mərhələdə isə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterlərinin dəstəyi ilə düşmən gəmilərinin və terror-diversiya qruplarının məhv edilməsi üzrə təlim-döyüş tapşırıqları yerinə yetirilib. Təlimlərə cəlb olunan bütün növ qüvvə və vasitələrdən döyüş atışları icra olunub. Aktiv faza zamanı terrorçular tərəfindən ələ keçirilən bazanın məhv edilməsi, suüstü gəminin və heyət üzvlərinin azad edilməsi, boru kəmərinin monitorinqi, terrorçular tərəfindən ələ keçirilən neft özülünün azad edilməsi, Xəzər dənizinin əməliyyat zonasına daxil olan düşmən gəmilərinin məhv edilməsi kimi tapşırıqlar icra edilib.


Teqlər:
Bu xəbər cəmi 1090 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR