O qeyd edib ki, bu fondun yaradılması ilə Milli Məclis öz potensilaını tam şəkildə ortaya qoya bilər: “ Hazırda ayrılan vəsaitlə bu potensialı ortaya qoymaq mümkün deyil. Bu baxımdan belə bir fondun yaradılması çox vacibdir”.
Deputat həmçinin Bakı şəhərindəki tıxac probleminə də toxunub. O bildirib ki, paytaxtda yeni yollar salınsa da, tıxac problem hələ də həllini tapmayıb. Bunun üçün Bakı-Sumqayıt metrosunun tikintisinə başlanılması, həmçinin də aeroport metrostansiyasının tikintisinin tezliklə başa çatdırılması problemdən çıxış yoludur”.
F. Quliyev çıxışında həmçinin büdcədə neftin barrelinin 90 dollar müəyyən edilməsinə etiraz edib:” Hazırda dünyada neftin 1 barreli 70 dollara enib. Eyni zamanda dünyada neftin bir barreli 80 dollar nəzərdə tutulub. Azərbaycan büdcəsində bunun 90 dollar müəyyən edilməsi büdcəmizə risklər yarda bilər”.