Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 3-6, gündüz 13-17, bəzi yerlərdə 19 dərəcəyədək isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında da sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 15-20, bəzi yerlərdə 22 dərəcəyədək isti, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 10-15, bəzi yerlərdə 19 dərəcəyədək isti olacağı gözlənilir.
Martın 12-də və 13-də Abşeron yarımadasında komfort temperatur şəraiti müsbət amil olsa da, normadan aşağı atmosfer təzyiqi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.