Sürücülərin işi asanlaşır; ustaya getmədən hər şeydən xəbəriniz olacaq
Avtomobili aparırsan ustaya, usta maşının bir çox hissələrində nasazlığın olduğunu deyir. Sürücü də əlacsız qalıb həmin hissələri dəyişdirir. Nəticədə bu, sürücü üçün həm vaxt itkisi, həm də maddi ziyan deməkdir. Artıq bu problem həllini tapır. Azərbaycanda nəqliyyat vasitələrinin onlayn diaqnostikası sistemi yaradılır. Yəni sürücü avtomobilinin hansı hissəsində nasazlığın yarandığı barədə ustaya getmədən xəbəri olacaq. Sürücü ustaya getmədən avtomobilində yaranmış nasazlığı öyərənə biləcək. Nəqliyyat vasitələrinin onlayn diaqnostikası sistemi yaradılacaq. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaiti hesabına hazırlanan layihə kiçik bir cihaz yəni "CarDoctor" sistemi vasitəsi ilə həyata keçriləcək.
Layihənin rəhbəri Azər Əliyev bildirib ki, ”CarDoctor" lahiyəsi internet şəbəkəsi üzərindən avtomobili diqnostika edən bir cihazdir: «Yəni sürücünün avtomobilində baş verən nasazlığı barədə xəbəri yoxdursa ona sms və ya email vasitəsi ilə məlumat veriləcək».
Azər Əliyevin sözlərinə görə sistem avtomobillərini bahalı diaqnostika mərkəzlərinə apara bilməyən insanlar üçün də səmərəli olacaq. İlkin mərhələdə sürücülərə qurğuların iki modeli "CarDoctor plus" və "CarDoctor -Pro" təqdim ediləcək. "CarDoctor plus" qurğusu yalnız avtomobilin diaqnostikasını aparmağa imkan verən ilkin versiyadır, "KaDoktor-Pro" peşəkar versiyasının funksiyaları isə geniş olacaq ki, bu da yalnız avtoservis xidmət mərkəzləri üçün nəzərdə tutulub.
Azər Əliyev: “Burada qiymətə gəldikdə "CarDoctor plus" 25-30 manat, digər kadoktor pro isə biraz bahalı olacaq ona görə ki, onda wifi sistemidə olacaq”.
Layihə çərçivəsində "qaynar xətt"də fəaliyyət göstərəcək ki, avtomobil sahibini maraqlandıran texniki məsələlər üzrə pulsuz məsləhətlər almaq mümkün olsun. Həmin cihaz əvvəlcə xaricdə idxal ediləsə də gələcəkdə Azərbaycanda hazırlanacaq.Gələn il sınaqdan keçiriləcək cihazın kütləvi satışı sınaqdan asılıdır. xezerxeber.com