Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

SOS: “Samsunq”dan mal almayın!

SOS: “Samsunq”dan mal almayın!
“Samsunq” mağazalarından eyniadlı elektrik məişət əşyaları alan zaman diqqətli olun. Mağazada baha qiymətə satışa çıxarılan məhsulların əksəriyyəti zaydır. Axar.az xəbər verir ki, Cənubi Koreyadan Bakıya “Samsunq” markalı elektrik məişət əşyalarının, xüsusilə televizorların ancaq keyfiyyətsizləri gətirilir. Məhsulların keyfiyyəti olduqca aşağı, davamlılığı isə sıfır səviyyədədir. Bu cür hallarla dəfələrlə qarşılaşan müştərilər qeyd edir ki, “Samsunq” məhsullarının satıldığı mağazalardan aldıqları eyniadlı televizorlar zəmanət müddəti başa çatmamış sıradan çıxır. Müştərilərdən birinin sözlərinə görə, mağazadan aldığı “Samsunq” markalı televizor altı aydan sonra xarab olduğu üçün yenisi ilə dəyişib. Bir müddətdən sonra isə əlavə pul verərək dəyişib daha yaxşısını aldığını güman etdiyi televizor da sıradan çıxıb. Yenidən “Samsunq”a müraciət etməli olan müştəriyə televizorunun ana platasının yandığı deyilib. Onun yenisi ilə əvəz edilməsi üçün isə müştəriyə “Samsunq”un Koreyada yerləşən əsas ofisindən sözügedən platanın gəlməsini gözləməli olduğunu bildiriblər. Televizorun çalışması üçün əhəmiyyətli olan detalın nə vaxt gətiriləcəyi isə bəlli deyil. Məsələ ilə əlaqədar “Samsunq”un Bakıda yerləşən ofisi ilə əlaqə saxladıq. Mağazadan Axar.az-a bildirdilər ki, Cənubi Koreyadan gətirilən bütün məhsullarına zəmanət verilir, yaranmış problemləri isə “Samsunq” özü həll edir: “Ancaq aldığınız məhsulun hər hansısa detalı sıradan çıxıbsa, o zaman uzun müddət həmin detalın Koreyadan gəlməsini gözləməli olacaqsınız”. Şirkətdən bildirdilər ki, əgər məişət əşyasının sıradan çıxan detalını dəyişmək mümkündürsə, bu zaman həmin detal gətirilir və dəyişdirilir. Belə olduğu təqdirdə məhsulun yenisi ilə əvəzedilməsi mümkün deyil: “Bu haqda alıcı ilə satıcı arasında imzalanmış zəmanət sənədində də qeyd edilib. “Samsunq”dan alınan məhsul heç bir müdaxilə olmadan tamamilə sıradan çıxdığı təqdirdə onu yenisi ilə əvəz etmək mümkündür. Problem detaldadırsa, bu, mütləq gətirilir və həll edilir”. Maraqlıdır ki, 3 ildən çox zəmanət verilmiş televizorların vaxtaşırı sıradan çıxması problemini həll etdiyini bildirən şirkət rəsmisi zay məhsuluna görə müştərilərin əlavə niyə əsəb və vaxt xərcləməsinin səbəbinə aydınlıq gətirməyib. Beləliklə, əsəbini və vaxtını qorumaq istəyənlərə yalnız bir tövsiyə verilir: “Samsunq”dan uzaq olun!

Teqlər:
Bu xəbər cəmi 1305 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR