Bir qrup tələbə Analitik.az-a müraciət edərək, oxuduqları universitetdə onlardan pul yığıldığını, eyni zamanda Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin dekanı Mübariz Yusifovun etikadan kənar əməllərindən söz açırlar. Tələbələr bildirir ki, aprel-may ayında dekanın tapşırığı ilə laborant bir xanım məcburi onlardan universitetin döşəməsi üçün xalça və pəncərələrə jalüz almaq adı ilə pul yığsa da, sentyabrda dərsə gələndə xalça və jalüzün alınmadığını görüblər: “Pul məcburi şəkildə əksər tələbələrdən alındı. Başa düşə bilmirik, biz universitetə təhsil haqqı ödəyiriksə, nə üçün jalüz pulunu da verməliyik? Biz bura oxumağa gəlmişik, yoxsa xalça, jalüz almağa? Məcburi şəkildə pulları bizdən aldılar. Yay tətilindən qayıdanda gördük ki, nə xalça, nə də jalüz alınmayıb. Ona görə də tələb edirik ki, bizim pullarımizı həmin laborant xanım qaytarsın. Yuxarı 4-cü kurs tələbələrinin pulları qaytarılsa da, o, bizim pulları geri verməkdən imtina edir.Bununla bağlı Mübariz Yusifovun yanına nə vaxt getsək, uzun-uzadı telefonla danışdığını görürük. Biz eşidə-eşidə o, bir qadına "gözəlim, əzizim" deyə, müraciət edir. Yaşlı adam olduğu üçün telefondan başı çıxmır. Onunla danışan adamın səsi telefondan aydınca eşidilir. Bu isə bizdən pul yığan həmin laborant xanımdır. Dekan həmin qadına nədənsə o qədər hüquq verib ki, az qalır fakültəni bu xanım idarə etsin. Bu barədə saytlarda yazı gedəndən sonra prorektor, guya heç nə bilmirmiş kimi, gəlib hər ikisini danladı. Lakin buna baxmayaraq, bu hal yenə əvvəlkindən də pis davam edir. Bizim, yəni öz nəvəsi yaşında olan tələbə qızların yanında belə nə vaxtadək davam edəcək? Təhsil ocağında bu cür biabırçı halların qabağı nə vaxt alınacaq?.. Axı ayıbdır. İndi biz laborant xanımdan və onun himayəçisi Mübariz Yusifovdan tələb edirik ki, pullarımızı qaytarsınlar.”
Eyni zamanda bir qrup tələbə, universitetin dekanının hərəkərlərini təhsil ocağının adına uyğunlaşdırmasını da tələb edirlər. Məsələ ilə bağlı araşdırmamız davam edir.