Bu barədə RİA Novosti “Financial Times” qəzetinə istinadən məlumat yayıb.
Yeni layihəyə yaxın olan mənbənin məlumatınada deyilir ki, yeni məhsul işgüzar ünsiyyət üçün nəzərdə tutulub, onun məqsədli auditoriyası isə ofis işçiləridir. Yeni sosial şəbəkənin “LinkedIn” və “Google Docs”un rəqibi olacağı ğözlənilir.
Qəzet yazır: "İstifadəçilər "Facebook"-da öz şəxsi səhifələrində "məzuniyyət şəkilləri, siyasət haqqında fikirlər və axmaq video”ları ümumi şəkildə nümayiş etdirməkdən fərqli olaraq, burada işçi sənədləri müzakirə edə, ünsiyyət yarada, mühüm əlaqələr qura biləcəklər. Məlum olub ki, yeni “Facebook” xidməti orijinal sosial şəbəkəyə bənzəyəcək: orada xəbərlər lenti və təmas qrupları olacaq".
Qeyd edək ki, “Facebook”un rəhbəri Mark Tsukerberq saytı yalnız Harvard Universitetinin tələbələri üçün ünsiyyət məqsədilə yaratmışdı. Lakin tezliklə onun üstünlüklərinin əvvəlcə ABŞ-ın digər ali məktəblərinin, daha sonralar isə bütün dünyadan olan tələbələr hiss etdilər.