Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

NOVRUZ ƏFVİNİN SİYAHISI DƏQİQLƏŞDİRİLİR

NOVRUZ ƏFVİNİN SİYAHISI DƏQİQLƏŞDİRİLİR
Novella Cəfəroğlu: “Biz dəqiq bilirik ki, siyahı hazırlanır...


Artıq uzun illərdir ki, bayramlar ərəfəsində bir qayda olaraq azadlıqdan məhrum edilmiş şəxslərlə bağlı əfv fərmanı və ya sərəncamı imzalanır. Statistikaya nəzər salsaq, görərik ki, Azərbaycan prezidenti yanında Əfv Məsələləri Komissiyasının yaradıldığı 1995-ci ildən indiyədək 54 əfv fərmanı və ya sərəncamı imzalanıb. 



Bu fərman və sərəncamlar nəticəsində 6 min nəfərə yaxın məhkum cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl, minlərlə insan islah işləri, habelə cərimə cəzalarından azad olunub. Sonuncu belə sərəncam ötən il dekabrın 26-da imzalanıb. Həmin sərəncamla 87 nəfər əfv olunub. Onlardan 79 nəfəri bu humanist addım nəticəsində cəzasının çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri cəzasından, 4 nəfər isə cərimə cəzasından azad edilib.

Bəs, önəmli bayramlar ərəfəsində imzalanması bir növ adət halını almış əfv sərəncamı qarşıdan gələn Novruz bayramı ərəfəsində də imzalanacaqmı? Bu sualla müraciət etdiyimiz Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu bildirdi ki, əfv fərmanı üçün siyahı hazırlanır. Ancaq fərmanın Novruz bayramında, yoxsa may ayında veriləcəyi barədə dəqiq məlumata malik deyil. Çünki bu, birbaşa prezidentin səlahiyyətində olan məsələdir: “Biz dəqiq bilirik ki, əfv üçün siyahı hazırlanır. Həmin siyahı əsasında əfv fərmanı hər halda ya Novruz bayramında, ya da Heydər Əliyevin 90 illiyində - mayın 10-da veriləcək. Çalışacağıq ki, yaxın bir-iki günə dəqiq məlumat öyrənək”. 

N.Cəfəroğlu qeyd etdi ki, təmsil etdiyi Monitorinq Qrupu onların siyahısında olan bütün siyasi məhbusların adını Prezident yanında Əfv Məsələləri Komissiyasına verib: “Biz siyahını Komissiyaya və prezidentə göndərmişik ki, həmin məhbuslar da əfv siyahısına daxil edilsin. Siyahıda dindarlar da, digər tanınmış məhbuslar da var. Ümid edirik ki, onlar azad ediləcək”.

Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Elmira Axundova isə teleqraf.com-a deyib ki, yazda əfv sərəncamının imzalanacağı gözlənilir. Novruz bayramına kimi və ya may ayını gözləməyə dəyər. Deputatın sözlərinə görə, bir müddət sonra Əfv Komissiyası növbəti iclasını keçirəcək. Ancaq o, iclasın konkret vaxtını söyləməyib: “Prezident hər zaman əfv sərəncamı imzalaya bilər. Əfv Məsələləri Komissiyası hər zaman işləyir. Müraciətlər, ərizələr çoxdur. Mən gündə 5-6 ərizə alıram. Bu yaxınlarda komissiyanın iclasında görüşə bilərik. O zaman bütün bu məsələlər müzakirə oluna bilər. Yaz aylarında əfv gözləməyə dəyər. Amma inanıram ki, Novruz bayramına qədər və ya may ayında növbəti əfvetmə olacaq”.


Teqlər:
Bu xəbər cəmi 2385 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR