Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Təhsil Nazirliyinin dərslik müəllifi TQDK-ya üsyan etdi

Təhsil Nazirliyinin dərslik müəllifi TQDK-ya üsyan etdi
Təhsil Nazirliyinin dərslik müəllifi TQDK-ya üsyan etdi: "Bizə qara yaxanlar TQDK-nın divarları arxasında gizlənirlər"


Orta məktəb dərsliklərinin monitorinqini aparan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ekspert şurası belə qənaətə gəlib ki, bir sıra dərsliklər - 1-ci, 3-cü siniflər üçün "Azərbaycan dili", "Riyaziyyat", 3-cü sinif üçün "Həyat bilgisi", 4-cü sinif üçün "Azərbaycan dili", "Riyaziyyat" və "Həyat bilgisi" dərslikləri tədrisə yararsızdır və onlar yenidən hazırlanmalıdır.



Modern.az-ın məlumatına görə, TQDK-nın dərsliklərlə bağlı verdiyi mənfi rəylər həmin kitabların müəlliflərində ciddi etiraz doğurub. Belə ki, 4-cü sinif "Azərbaycan dili" dərsliyinin əsas müəllifi Rafiq İsmayılov TQDK-ya necə deyərlər üsyan edib.



R.İsmayılov bildirib ki, müasir dərsliklər haqqında fikir yürüdülərkən iki əsas məqama diqqət yetirilir: dərslik nəyi öyrədir və necə öyrədir?

"Əgər söhbət Azərbaycan dilindən gedirsə, bunu belə ifadə etmək olar: 1) dərslik kurikulumda təsbit olunmuş dinləmə, danışma, oxu, yazı və dil qaydaları üzrə standartların reallaşdırılması üçün kifayət qədər material verirmi? 2) tətbiq olunan təlim texnologiyaları bu standartların reallaşdırılması üçün nə dərəcədə effektlidir?

TQDK-nın "Azərbaycan dili" dərslikləri üzrə təqdim etdiyi rəylərdə isə bu iki məqam haqqında son dərəcə anlaşılmaz, ümumi, subyektiv və yanlış cümlələrdən başqa heç nə yoxdur"-deyə R.İsmayılov qeyd edib.



Onun sözlərinə görə, TQDK-nın rəylərindən belə bir nəticəyə gəlmək olar ki, ya dərsliklər məzmun standartları və təlim texnologiyaları baxımından tamamilə qüsursuzdur, ya da ekspertlər hər bir dərsliyin konsepsiyasını təşkil edən bu iki parametrdən xəbərsizdirlər.

"Nəzərə alsaq ki, qüsursuz dərslik yoxdur, mən ikinci fikrə üstünlük verərdim. Metodik vəsaitlərdəki materialların rəylərdə öz əksini tapmaması da bunu sübut edir".



R.İsmayılovun fikrincə, rəyçilər dərsliklərin qiymətləndirilməsində iki əsas məqamı kənara qoyub gücü veriblər dil-üslub, mətnlərin məzmunu və bədii tərtibat məsələlərinə. Dərslik müəllifi TQDK-dakı müzakirələrdən misal da gətirib:



"TQDK-da "Azərbaycan dili" dərsliklərinin müzakirəsinə həsr olunmuş seminarları aparıcı adətən bu sözlərlə açırdı: "Bu dərslikdə külli miqdarda dil-üslub xətaları var". Sonra o, "xəta" bildiyi bir məqamı qeyd edirdi və seminar iştirakçıları arasında bunun səhv olub-olmaması haqda mübahisə qızışırdı. Beləcə, 5-ci sinif dərsliyinin müzakirəsi zamanı "artıq" sözündən əvvəl işlənmiş "o" əvəzliyindən sonra vergülün qoyulub-qoyulmaması ilə bağlı mübahisələr 20 dəqiqədən çox çəkdi (hər şey "artıq" sözünün zərf, yoxsa ədat kimi qəbul edilməsindən asılı idi). Nəhayət, qocaman alim, professor Qəzənfər Kazımov dözməyib ayağa qalxdı:

- "O", "bu" əvəzliklərindən sonra vergülün işlənməsi ilə bağlı qaydanı vaxtilə Əziz Əfəndizadə ilə mən təklif etmişdik. Məgər bu məsələ dərsliyin qiymətləndirilməsində beləmi vacibdir? Dərsliyin məzmunu qalıb bir tərəfdə, görün siz vaxtınızı nəyə sərf edirsiniz...".



R.İsmayılov deyir ki, rəylərdə verilmiş 20-yə yaxın iradda vasitəsiz nitqdə durğu işarələrinin (nöqtə və vergülün) düzgün işlənməməsi iddia olunur. Amma o bu iddialarla razılaşmır:



"Rəyçilər bildirirlər ki, vasitəsiz nitq daxilində verilmiş müəllif sözlərindən sonra nöqtə qoyula bilməz. Burada mütləq vergül, sonra tire işarəsi qoyulmalı, bundan sonra gələn vasitəsiz nitq kiçik hərflə başlanmalıdır.



Çox güman ki, rəyçilər öz iradlarını TQDK-nın "Azərbaycan dili" vəsaitində verilən qaydadan çıxış edərək irəli sürmüşlər (2012, səh. 435). Lakin bu vəsaitdə vasitəsiz nitqlə bağlı qaydalar yarımçıq verilmişdir. Ədəbi dilin normaları ilə bağlı qaydaları işləyib-hazırlayarkən ilk növbədə zəngin klassik ədəbiyyatımızdakı nitq materialına əsaslanmaq lazımdır. Əgər adıçəkilən vəsaitdə verilmiş qaydanı qəbul etsək, yüzlərlə cilddən ibarət klassik ədəbiyyatımızı yenidən korrektə etməli olacağıq. Diqqət yetirin:



- Yaxşı qızsan, Güləbətin! - deyirdi. - Qoy bir az başım ayılsın, danişgahda imtahanlarımı verim, sənə oxumaq-yazmaq öyrədəcəyəm. (M.İbrahimov, "Seçilmiş əsərləri", 2005, səh. 255.)



- Dayım gəlir, ana, - dedim. - Dayım gəlir. (Ə.Məmmədxanlı, "Seçilmiş əsərləri", 2005, səh. 61.)



Düşünürük ki, klassiklərimizi korrektə etməkdənsə, TQDK-nın "Azərbaycan dili" vəsaitini bir qədər redaktə etmək daha məqsədəuyğun olardı. Vasitəsiz nitq bir neçə cümlədən ibarətdirsə və müəllif sözləri bu cümlələrin arasında verilirsə, bu zaman müəllifin sözündən sonra nöqtə, sonra tire qoyulmalı, sonrakı cümlə böyük hərflə başlamalıdır. Yox, əgər müəllif sözləri bir cümlədən ibarət vasitəsiz nitqi kəsib "araya girirsə", vəsaitdə verilmiş qaydaya riayət edilməlidir. Süleyman Rəhimovun əsərindən gətirilmiş parçada olduğu kimi:



- Əlac atamızın mülkündən qalan mərəyi dəyər-dəyməzinə satmaqdır, - deyib barmağı ilə çovustanı göstərdi. - Daha havalar da qızır!



- Hava qızsa da, - deyə kiçik qardaş əl-ayağa düşdü, - bəs başımızı harada saxlayaq? Bizə bir daldanacaq lazımdır, ya yox? (Soltan Hüseynoğlu və b. "Ədəbiyyat", 5-ci sinif. Bakı, 2012, səh. 125)".



R.İsmayılov "Azərbaycan müəllimi" qəzetinə bildirib ki, monitorinqə yeni başlayanda TQDK əvvəlcə rəyi müəlliflərə göndərir, müəlliflər öz şərhlərini verdikdən sonra müəyyən düzəlişlər edərək onu Təhsil Nazirliyinə təqdim edirdilər.



"Bəla burasındadır ki, 1-ci cavabdan sonra da TQDK ekspertləri bir çox açıq-aşkar səhvlərini qəbul etmək istəmir, iradlarında cüzi redaktə işləri ilə kifayətlənirdilər. Onları başa düşmək olar: bu qədər səhvi etiraf etmək özünün bu sahədə peşəkar olmadığını etiraf etmək deməkdir. Bir də ki, axı səhvləri etiraf etdikdən sonra rəydə boş-boş cümlələrdən başqa heç nə qalmır".



Kurikulumu təhsildə nisbətən yeni hadisə hesab edən dərslik müəllifi bildirib ki, TQDK-nın cəlb etdiyi rəyçilər daha çox test yazmaq, repetitorluq etməklə məşğul olublar və hələ kurikulumla qarşılaşmayıblar.



"Necə deyərlər, evdə bişməyib, qonşudan gəlməyib. Bəs dilçiliyə nə deyirsiniz? Onlar bu məsələdə də ekspert kimi çox zəifdirlər. Bəlkə, buna görə onların adları açıqlanmır?..



TQDK-da dərslik ətrafındakı müzakirələri dərslik müəllifinin şəxsiyyəti müstəvisinə gətirməyi çox sevirlər. Yaxşı alınmır axı. Bizim kim olduğumuzu ictimaiyyət bilir. Ancaq bizə qara yaxanlar TQDK-nın qalın divarları arxasında gizlənirlər. Belə çıxır ki, biz yel dəyirmanları ilə vuruşuruq. 400 səhifəlik dərslik komplektində 5-6 orfoqrafik səhv tapıb (hər 80 səhifəyə bir orfoqrafiya səhvi düşür) milçəkdən dəvə düzəldir, dərsliyin yararsız olduğu haqda qərar çıxarırlar".


Teqlər:
Bu xəbər cəmi 1705 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR