Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azad Rəhimov Türkiyəyə getdi

Azad Rəhimov Türkiyəyə getdi
Bakı 2015 Avropa oyunlarının təqdimat mərasiminin İstanbul şəhərində keçirilməsi məqsədilə, gənclər və idman naziri Azad Rəhimov Türkiyəyə rəsmi səfərə yola düşüb.


Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, İstanbulun "Çırağan" Sarayında baş tutacaq təqdimat mərasimində Bakı 2015 Avropa oyunlarına hazırlıq haqda film nümayiş olunacaq,  yarışlarda Avropanın 49 ölkəsindən 6000-dən çox idmançının 20 idman növündə mübarizə aparacaqları haqda məlumatlar veriləcək.



Ölkənin birinci xanımı, Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın sədrliyi ilə görülən işlər, yarışların keçiriləcəyi məkanlar, istifadəyə verilmiş və hal hazırda tikilməkdə olan idman qurğuları, 7300 nəfər üçün nəzərdə tutulmuş olimpiya kəndinin hazırlığı itiqamətində görülən işlər barədə məlumatlar da diqqətə çatdırılacaq.  



Azad Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarının bir il sonra, Rioda gerçəkləşəcək Olimpiya oyunlarına hazırlıq xarakteri daşıdığını və bir neçə idman növündə lisenziya qazanma istiqamətində xüsusi rol oynadığını diqqətə çatdıracaq. Nazir eyni zamanda, Bakı şəhərinin müxtəlif illərdə bir sıra Avropa və dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi etdiyini, 22 illik müstəqilliyi dövründə Azərbaycanın 200-dən artıq idmançısı ilə yay və qış olimpiya oyunlarına qatıldığını, Azərbaycan yığmasının bugünə qədər iştirak etdiyi Olimpiadalarda 26, Avropa və Dünya çempionatlarında isə 2000-ə yaxın medal qazandığı haqda məlumatları qonaqlarla bölüşəcək.



Azad Rəhimov öz çıxışında Bakının bir çox beynəlxalq yarışlara ev sahibliyi etdiyini, qısa müddət bundan öncə  Bədii Gimnastika üzrə Avropa çempionatının yüksək səviyyədə şəhərimizdə keçirildiyini, növbəti, 2016-cı ildə ölkəmizdə Formula 1 Grand Prix, Şahmat üzrə Dünya çempionatının, 2017-ci ildə İslam Həmrəyliyi oyunlarının baş tutacağı barədə məlumatları da diqqətə çatdıracaq. 


Teqlər:
Bu xəbər cəmi 1230 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR