TQDK-nın binasının bir-neçə günə söküləcəyi deyilir.
Məlumatı TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə təsdiqləyərək bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin inzibati binasının sökülməsi və onun yerində müasir binanın tikilməsi nəzərdə tutulur.
“İşlərə yaxın günlərdə başlanılacaq. Yeni bina tikilənədək Komissiya müvəqqəti başqa binada işini davam etdirəcək. Hələ ki, həmin bina müəyyənləşməyib. Amma yaxın zamanda buna da aydınlıq gətiriləcək”, - deyə Elnur Nağızadə əlavə edib.